Hilmənd (,  — ХильмендИнструкция по русской передаче географических названий Афганистана. — М., 1984. — С. 47.;  — ХирмендИнструкция по русской передаче географических названий Ирана. — : «Наука», 1979. — С. 46.) — Əfqanıstan və İranda, İran yaylası ilə axan çay. Əfqanıstanın ən uzun çayıdır və qapalı Sistan hövzəsi üçün əsas su mənbəyidir. Uzunluğu 1150 km, hövzəsinin sahəsi təxminən 500.000 km²-dir. Çayın mənbəyi Hindukuşdadır. Etimologiyası Eramızdan əvvəl 1-ci minillikdə Avestada Hetumat - "körpüləri olan" kimi qeyd olunur. Sonrakı dəyişikliklər: qədim yunan tarixçisi Polibi, e.ə. II əsrdə - Geriman, Pəhləvi dilində - İtomand, müasir Əfqanca - Xilmend.

Coğrafiyası Çayın mənbəyi Baba silsiləsindədir və İranda ərazisindəki Hamun gölünə axır və bataqlıq deltası əmələ gətirir, qolları tez-tez yerini dəyişməyə məruz qalır. Əsas qolu Ərgəndabdır. Əsasən qar və buzlaqlardan qidalanır. Yaz-yay daşqın və payız-qış mejen dövrü (bəzən ərimə nəticəsində suyun səviyyəsinin qalxması ilə kəsilir) olur. Orta illik su sərfi təxminən 200 m³/s, daşqınlar zamanı - 500-700 m³/s, maksimum - 15000 m³/s-dən çox, qışda - 100-120 m³/s təşkil edir. Ən aşağı axın: mənsəbdə noyabrda - 97,4 m³/s, dağlardan çıxışda - sentyabrda - 62,9 m³/s. Orta və aşağı axarlarında Girişk oazisi də daxil olmaqla, Registan və Dəşti-Marqo səhraları arasındakı dar bir zolağı suvarır. Hilmənd çayının deltası sıx məskunlaşmışdır; Çayın sularından suvarma üçün geniş istifadə olunur. Çayının qollarında bir neçə bənd tikilmişdir ki, bunlardan ən əhəmiyyətlisi Sistan bəndidir. Çayın üzərində Ləşgərgah və Qirişk şəhərləri yerləşir.

Hilmənd vadisinin suvarma layihəsi 1946-1970-ci illərdə Əfqanıstan hökuməti ABŞ ilə birlikdə Hilmənd çayının suyundan kənd təsərrüfatı üçün istifadə edərək Helmand Valley Project suvarma sistemini qurdu. Nəticədə 1970-ci ilə qədər əkin sahəsi artaraq 77 min hektardan 145 min hektara çatdı və 5,5 min köçəri ailə oturaq həyat tərzinə keçdi.

İstinadlar

Ədəbiyyat siyahısı Гильменд // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978. Поспелов Е. М. Географические названия России. Топонимический словарь. — М.: Астрель, АСТ, 2008. — 523 с. — 1500 экз. — ISBN 978-5-17-054966-5. C. Clapp-Wincek, E. Baldwin. The Helmand Valley Project in Afghanistan : A. I. D. Evaluation Special Study No. 18 : PN-AAL-028 : [англ.] / U. S. Agency for International Development (AID). — AID, 1983. — December. Kateqoriya:Əlifba sırasına görə çaylar Kateqoriya:İranın su obyektləri Kateqoriya:Əfqanıstanın su obyektləri Kateqoriya:Asiyanın beynəlxalq çayları Kateqoriya:Əfqanıstan çayları