Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır.
Toponomikası Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi kürd dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir.
Əhalisi Əhalisi 786 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
Həmçinin bax Ordubad rayonu Vənənd Dırnıs Gənzə
İstinadlar
Kateqoriya:Ordubad rayonunun kəndləri