Anji () — Mahaçqaladan olan Rusiya futbol klubu. Rusiya Kubokunun 2000/2001-ci illərdə finalçısı. Hazırda futbol üzrə Rusiyanın əsas çempionatında çıxış edir.

Tarix "Anji" 1991-ci ildə yaranıb. Klubun əsasını Maqomed Sultan Maqomedov və Mahaçqala "Dinamo"sunun keçmiş oyunçusu Aleksandr Markarov qoyub. Komanda 1991-ci ildə Dağıstan çempionu olub.

"Anji" ev oyunlarını 16000 azarkeş tutumu olan "Dinamo" stadionunda keçirir. Mahaçqala klubunun ən böyük uğuru 1999/2000 mövsümündə UEFA Kubokunda çıxış olub. Lakin komanda uğursuzluğa düçar olub. Belə ki, rəqibi Şotlandiyanın "Reyncers" klubu Mahaçqalaya gəlməkdən imtina edib və UEFA bunu qəbul edib. Komandalar neytral bir oyun keçirib və Varşavada keçirilən oyunda "Anji" 0:1 hesabı ilə məğlub olub.

"Anji"nin Rusiya Kubokundakı ən böyük uğuru finalda oynamaq olub. 2000/2001 mövsümündə finala çıxan komanda penaltilər seriyasında Moskva "Lokomotiv"inə yenilib.

Mahaçqala klubu 2002-ci ildə Premyer Liqadakı yerini itirib.

"Anji"yə hazırda klubun qurucusu olan Maqomed Sultan Maqomedov başçılıq edir. Komandanın baş məşqçisi isə Omari Tetradzedir. Məşqçi karyerasına 2007-ci ildə başlayan Omari həmin vaxtdan "Anji"də çalışır.

Rusiya Kuboku Anjinin Rusiya Kubokundakı ən yüksək nəticəsi 2001-ci ildə olmuşdur. Həmin il Anji finala qədər gəlib çıxmış, lakin finalı 1:1 oynadıqdan sonra Lokomotiv Moskva klubuna 4:3 hesabı ilə penaltidə məğlub olmuşdur.

2002–2003 Rusiya Kubokunda Anji Lokomotiv və Krılya Sovetov Samara klubunu məğlub edərək, yarım-finalda Rostova 0:1 hesabı ilə uduzmuşdur.

Birinci divizion 2002-ci il mövsümü Mahaçqala klubu üçün uğursuz oldu. 15-ci yeri tutub, yüksək divizionu tərk edir. 2002-ci ildən başlayaraq Anji bütün oyunlarını yalnız Birinci divizionda keçirir. Anjinin heyətində Roberto Karlos, M. Bussufa, Yuri Jirkov, S. Eto'o kimi oyunçular çıxış edir.

Nailliyyətlər və rekordlar Rusiya futbol premyer-liqasında 4-cü yer. 2000 Rusiya Kuboku finalçısı: 2000/01 UEFA Kuboku iştirakçısı: 2001/02 (1/64 final) Klubun ən yaxşı bombardiri: İbrahim Həsənbəyov (236 oyunda, 156 qol) Ən böyük qələbə: "Anji" — "Urartu" (Qroznı) 9:0–1993-cü il.

Çıxış statistikası İlYarışYerOQHMQolÜÇempionatlar1992Rusiyanın ikinci liqası, zona 15382321377‑46481993Rusiyanın ikinci liqası, zona 1, etap 1126211480‑16431993Rusiyanın ikinci liqası, zona 1, 1‑7 yerlər1382711098‑31551994Rusiyanın ikinci liqası, Qərb10401951657‑41431995Rusiyanın ikinci liqası, Qərb7422441477‑43761996Rusiyanın ikinci liqası, Qərb238283799‑36871997Rusiyanın birinci liqası13421861866‑72601998Rusiyanın birinci liqası11421761947‑56571999Rusiyanın birinci liqası142268855‑20862000Rusiyanın birinci liqası430157844‑31522001Rusiyanın birinci liqasıи13307111228‑34322002Rusiya premyer-liqası15305101522‑43252003Rusiyanın birinci divizonu64219131052‑33702004Rusiyanın birinci divizonu84216121450‑53612005Rusiyanın birinci divizonu114214131547‑48552006Rusiyanın birinci divizonu15421581957–66532007Rusiyanın birinci divizonu10421691741–44572008Rusiyanın birinci divizonu64220121063–3572Kuboklar1992/93Rusiya Kuboku1/64320110‑541993/94Rusiya Kuboku1/12810010‑301994/95Rusiya Kuboku1/16540110‑3121995/96Rusiya Kuboku1/465018‑3151996/97Rusiya Kuboku1/16540114‑3121997/98Rusiya Kuboku1/3232018‑461998/99Rusiya Kuboku1/32320110‑461999/00Rusiya Kuboku1/4431010‑2102000/01Rusiya KubokuFin54109‑4132001/02Rusiya Kuboku1/820112‑712002/03Rusiya Kuboku1/242114‑372003/04Rusiya Kuboku1/1632015‑362004/05Rusiya Kuboku1/3210011‑302006/07Rusiya Kuboku1/1620113‑512008/09Rusiya Kuboku1/1621015‑332009/10Rusiya Kuboku1/3210010‑30

Liqalar

Heyət #Adı, soyadıTəvəllüdüAmpluasıÖlkəsiForma Νömrəsi1İlya Abayev1981Qapıçı12Kaxaber Aladaşvili1984müdafiəçi24Oleq Malyukov1985müdafiəçi45Valeryan Bestayev 1982müdafiəçi56David Çorayev1983müdafiəçi67Kamil Ağalarov1988yarımmüdafiəçi79Maqomet Maqomedov1987hücumçu910Qoça Xodcava1985yarımmüdafiəçi1011Rasim Tahirbəyov1984yarımmüdafiəçi1312Miroslav Slavov1990hücumçu22

Xarici keçidlər Rəsmi veb-səhifə Klubun tarixi www.liga1.ru-dakı profili "Vəhşi Diviziya" — FK "Anji" fan-klubunun saytı

Həmçinin bax

Kateqoriya:Rusiya futbol klubları Kateqoriya:1991-ci ildə Rusiyada yarananlar