Leptophis ahaetulla — Əsasən, "lora ilanı", yaxud "tutuquşu ilanı" kimi tanınan, Suilanıkimilər fəsiləsinə aid orta ölçülü, nazik bir ilan növü. Növün vətəni Mərkəzi Amerika və Cənubi Amerikanın şimalıdır.
Coğrafi yayılma
Mərkəzi Amerikada L. ahaetulla Beliz, Kosta Rika, El Salvador, Qvatemala, Honduras, cənubi Meksika, Nikaraqua və Panamada rast gəlinir. Cənubi Amerikada isə Argentina, Boliviya, Braziliya, Kolumbiya, Ekvador, Fransa Qvianası, Paraqvay, Peru, Trinidad və Tobaqo, Uruqvay və Venesuelada rast gəlinir.. www.reptile-database.org.
Qidalanma
L. ahaetulla kiçik quşlar və onların yumurtaları, kərtənkələlər, qurbağalar və onların yumurtaları və çəyirtkələr kimi həşəratlarla qidalanır. Nadir bir davranış olan kannibalizm nümayiş etdirdiyi və digər ilanlarla qidalandığı da məlumdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1758-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları