Minuet ("Napoleon") pişikləri — "Fars" və "Munchkin" pişik növlərinin qarışığından yaranmış hibrid növ. Bu növ, "The International Cat Association" (TICA) tərəfindən "iki mövcud yerli növün qəsdən çarpaz yetişdirilməsi nəticəsində yaranan və hər iki valideyn növün xüsusiyyətlərini özündə birləşdirən" bir hibrid kimi təsnif edilir. Minuet pişikləri, "Munchkin" növündən miras qalan "cırtdan" mutasiyası səbəbilə qısa ayaqları ilə tanınır.
Xüsusiyyətlər
Ayaqları qısa, başı qısa, üzü yumru, quyruğu bədənə nisbətən uzun, qulaqları yumru və bir-birindən aralı, gözləri böyük və yumru, xəzi həm uzun, həm də qısa tüklü ola bilər. Bütün rəng və naxışlarda mövcuddur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Pişiklər Kateqoriya:Pişik cinsləri