Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi — Azərbaycan Respublikası ərazisində şəxsiyyəti təsdiq edən sənəd.

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanun 1994-cü il iyunun 14-də o vaxtkı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmişdir. 2018-ci ilin sentyabr ayından yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.'1 aprel 2021-ci il tarixindən etibarən Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsiylə Türkiyə Respublikasına giriş etmək üçün səyahət sənədi kimi istifadə edilə bilər (yalnız Azərbaycandan birbaşa).Türkiye-Azerbaycan arasında kimlik kartı ile seyahat imkanı

Təsviri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 7 fevral tarixli fərmanı ilə təsdiq edilmişdir.

Şəxsiyyət vəsiqəsinin ölçüləri — 85,6 mm x 54 mm-dir. Ön hissənin yuxarı sol küncündə Azərbaycan Respublikasının dövlət gerbi və “Azərbaycan Respubli̇kası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi''” yazısı var. Ön tərəfin sol tərəfində 26 mm x 35 mm ölçülü fotoşəkil üçün yer var.

Sənədin verilməsi Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsi onun ərizəsi, doğum haqqında şəhadətnaməsi, fotoşəkili (16 yaşından yuxarı olanlar üçün), dövlət rüsumunun ödənilməsi haqqında qəbz əsasında verilir. Vətəndaş aşağıdakı hallarda yeni şəxsiyyət vəsiqəsi almalıdır:

16, 25, 35, 50 yaşa çatdıqda Soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi xidmət dəyişdirildikdə Sənəd itirildikdə və ya istifadəyə yararsız olduqda

Azərbaycan Respublikası vətəndaşı vəfat etdikdə, şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanına təqdim edilir.

Məzmunu Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələrinin 2 növü var: 16 yaşına çatmamış vətəndaşa verilən vəsiqə 16 yaşına çatdıqda vətəndaşa verilən vəsiqə

16 yaşına çatmamış Azərbaycan vətəndaşlarına verilən vəsiqədə aşağıdakı məlumatlar olmalıdır: vəsiqənin seriyası və nömrəsi vətəndaşın soyadı və adı atasının soyadı və adı anasının soyadı və adı doğum tarixi və yeri cinsi qan qrupu yaşayış yeri vətəndaşın vəsiqəsini vermiş orqanın adı vəsiqənin verilmə tarixi

Azərbaycan vətəndaşlarına 16 yaşına çatdıqda verilən vəsiqədə aşağıdakı məlumatlar olmalıdır: vəsiqənin seriyası və nömrəsi vətəndaşın soyadı, adı və atasının adı doğum tarixi və yeri fotosu milliyyət haqqında məlumat ailə vəziyyəti hərbi xidmətə çağırış cinsi qan qrupu yaşayış yeri boyu göz rəngi şəxsi imza vətəndaşın vəsiqəsini vermiş orqanın adı vəsiqənin verilmə tarixi

Yeni nəsil şəxsiyyət vəsiqəsi “Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası qanununun tətbiqi haqqında əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 23 oktyabr tarixli qanunda dəyişikliklər edilməsi barədə fərman imzalanıb. 2018-ci il sentyabrın 1-dən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanmışdır.

Yeni şəxsiyyət vəsiqəsində vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti, biometrik fotoşəkili və şəxsiyyət vəsiqəsi sahibinin digər fərdi göstəriciləri, habelə elektron imzası olan çip quraşdırılıb.

Dövlət rüsumu 16 yaşına çatmamış vətəndaşa şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu tutulmur qaçqınlara və məcburi köçkünlərə şəxsiyyət vəsiqələri verilərkən dövlət rüsumu tutulmur 16 yaşına çatmış vətəndaşlara şəxsiyyət vəsiqəsi verildikdə rüsum tutulur: 5 manat - 10 gün ərzində 25 manat - 3 iş günü ərzində 35 manat - 1 iş günü ərzində rüsum tutulur vəsiqə sahibinin təqsiri olmadan itirildikdə və ya zədələndikdə ödəniş tutulmur sahibinin təqsiri üzündən itirildikdə və ya zədələndikdə rüsum tutulur: 15 manat - 10 gün ərzində 35 manat - 3 iş günü ərzində 45 manat - 1 iş günü ərzində

Şəxsiyyət vəsiqəsini qanunsuz yolla əldə etmək və dəyişdirilməsindən imtina etmək qadağandır. Şəxsiyyət vəsiqəsi itirildikdə onun sahibi və ya onun qanuni nümayəndəsi dərhal həmin sənədi verən dövlət orqanına müraciət etməlidir.

Həmçinin bax Azərbaycan pasportu Azərbaycan vətəndaşlığı

İstinadlar

Xarici keçidlər Texts of the Azerbaijani law on citizenship Azerbaijani law on citizenship

Kateqoriya:Azərbaycanda hüquq Kateqoriya:Vətəndaşlıq hüququ