Valentin Petroviç Qluşko (; , ; ) — raket-kosmik texnikası sahəsində ixtisaslaşmış SSRİ mühəndisi və alimi. O, raket-kosmik texnikasının pionerlərindən biri, SSRİ-də maye yanacaqlı raket mühərriki istehsalının banisi olmuşdur.

Qluşko kosmik sistemlərin baş konstruktoru (1974-cü ildən), "Enerji — Buran" çoxdəfəlik raket-kosmik kompleksinin baş konstruktoru, SSRİ Elmlər Akademiyasının akademiki (1958; 1953-cü ildən müxbir üzv), "Lenin" mükafatı laureatı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1956, 1961) olmuşdur. O, SSRİ KP MK üzvü (1976–1989) idi.

1929–1934-cü illərdə QDL — OKB-yə rəhbərlik etmiş, onun rəhbərliyi altında dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri, 1930-cu ildən isə çox sayda maye yanacaqlı raket mühərrikləri (MRM) yaradılmışdır. Valentin Qluşkonun konstruksiyası olan güclü MRM-lər SSRİ daşıyıcı raketlərin əksər birinci və ikinci pillələrində, eləcə də bir çox hərbi raketlərdə quraşdırılmışdır. Onlar SSRİ-nin ilk Yer süni peyklərinin orbitə çıxarılmasını, Yuri Qaqarinin və digər sovet kosmonavtlarının uçuşlarını, Ay və Günəş sisteminin planetlərinə avtomatik planetlərarası stansiyaların buraxılışını təmin etmişdir. 1974–1989-cu illərdə "Enerji" RKK-nin baş konstruktoru olaraq və Baş Konstruktorlar Şurasının sədri kimi, SSRİ pilotlu kosmonavtika ilə bağlı əsas layihələr üzrə çoxsaylı müəssisə və təşkilatların işlərinə ümumi rəhbərliyi həyata keçirmişdir.

Həyatı

Təhsili thumb|280px|Valentin Qluşko Ukraynanın poçt markasında. 2003-cü il.

Valentin Qluşko -ci ildə Odessada, xidmətçi Pyotr Qluşkonun ailəsində anadan olmuşdur. Uşaqlıqda musiqiyə, rəssamlığa və xarici dillərin öyrənilməsinə qabiliyyət göstərmişdir. 1919-cu ildə Odessa Müqəddəs Pavel realnı nəktəbinə qəbul edilmişdir (sonradan bu məktəb Lev Trotski adına "Metall" IV peşə-texniki məktəbi adlandırılmışdır). Məktəbdə oxuyan zaman (1920–1922-ci illər) eyni zamanda professor Pyotr Stolyarskinin rəhbərliyi ilə konservatoriyada skripka sinfində təhsil almış, daha sonra isə Odessa Musiqi Akademiyasına köçürülmüşdür. Həmin illərdə Odessa Rus Dünyaşünaslıq Sevənlər Cəmiyyətinin (RDSC) şöbəsində Dünyaşünaslıq Həvəskarları Dərnəyinin Rəhbərliyini etmişdir. 1924-cü ildə bu təşkilatın 120 üzvü var idi.

1921-ci ilin yazında Jül Vernin bir neçə romanını oxumuşdur. Xüsusilə "Yerdən Aya" və "Ayın ətrafında" romanları onda dərin təəssürat yaratmış, bundan sonra astronomiya ilə bağlı kitabları – xüsusən Kamil Flammarion və Herman Kleynin yazdığı əsərləri öyrənməyə başlamışdır.

1923–1930-cu illərdə Konstantin Siolkovski ilə məktublaşmışdır. 1924-cü ilin martında məktəbli Valentin Qluşko Siolkovskiyə yazmışdır: "(…) planetlərarası əlaqələr mənim idealım və həyatımın məqsədidir, bu böyük işə həyatımı həsr etmək istəyirəm". Qluşko bu vədinə bütün həyatı boyu sadiq qalmışdır.

1924-cü ildə peşə-texniki məktəbi bitirərək diplom alır və eyni il özünün "Planetlərin istismarı problemi" adlı kitabının ilk redaksiyasını tamamlayır; dövri nəşrlərdə kosmik uçuşlara həsr olunmuş elmi-populyar məqalələri dərc olunur: "Yerin Ayı fəth etməsi" (1924), "Yerdən kənar stansiya" (1926) və s.

1925-ci ildə Ukrayna SSR Xalq Təhsil Komissarlığının göndərişi ilə Leninqrad Dövlət Universitetində təhsil almağa göndərilmişdir. Təhsil aldığı dövrdə eyni zamanda P. F. Lesqaft adına Elmi İnstitutun emalatxanalarında fəhlə kimi çalışmış, 1927-ci ildə isə Leninqradın Baş Geodeziya İdarəsində geodeziyaçı kimi fəaliyyət göstərmişdir. 1929-cu ilin yazında diplom işi olaraq "Helioraketoplan" adlı planetlərarası gəmi layihəsini hazırlayır. Bu gəmi Günəş enerjisindən istifadə etməli idi. Yaranan elektrik cərəyanı mühərriklərin yanma kameralarına yönəldilirdi, burada güclü elektrik boşalmalarının təsiri ilə kameralara daxil olan işçi maddənin – bərk (metal tellər) və ya maye (civə və ya elektrokeçirici məhlullar) – termal partlayışı baş verirdi. Hesablamalar göstərmişdir ki, bu, kimyəvi reaksiyalara nisbətən işçi maddənin xeyli yüksək axın sürətini təmin edir. 18 aprel 1929-cu ildə bu işin üçüncü hissəsini, "Metal partlayıcı maddə kimi" adlı və raketoplanın elektrik raket mühərrikinə (ERM) həsr olunmuş hissəsini İxtiralar Komitəsinin şöbəsinə təqdim etmiş, bundan sonra ona bu mühərrikin praktiki reallaşdırılması üçün təcrübi işlərə başlamaq təklif olunmuşdur.

Valentin Qluşko universiteti bitirməmişdir. Təqaüd almayan və təsadüfi qazanclarla yaşayan, birinci semestr üçün təhsil haqqını ödəyə bilməyən beşinci kurs tələbəsi Qluşko 1929-cu ilin fevralında, dövlət imtahanlarını verdikdən sonra LDU-dan xaric edilmişdir.— С.32–57.

QDL və RETİ-də 15 may 1929-cu ildə Valentin Qluşko Qazdinamik Laboratoriyanın (QDL) ştatına qəbul edilmişdir. O dövrdə laboratoriyanı onun təsisçisi Nikolay Tixomirov idarə edirdi. Qluşko burada elektrik və maye yanacaqlı raket mühərrikləri və raketlərin hazırlanması üzrə bölməyə rəhbərlik etmişdir. Sonradan Valentin Qluşko 1974-cü ilə qədər rəhbərlik etdiyi çoxsaylı layihə-konstruktor təşkilatlarını vahid bir təşkilatın inkişaf mərhələləri kimi qəbul edirdi ki, bu təşkilat kosmonavtika tarixinə QDL — OKB kimi daxil olmuşdur. İndiki dövrdə onun varisi akademik Valentin Qluşko adına "Enerqomaş" RKK-dir.

thumb|right|150px|Muzeydə ERD, ORM (1931) və ORM-52 (1993) kəsiyi. thumb|150px|right|Kosmonavtika və Raket Texnikası Muzeyində RLA-1 raketi.

Qluşkonun rəhbərlik etdiyi bölmədə dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri yaradılmış və 1930–1931-ci illərdə uğurla sınaqdan keçirilmişdir. Buna baxmayaraq, ERD-nin kosmonavtikada praktiki tətbiqi yalnız kosmik aparatın orbitə çıxarılmasından sonra mümkündür, buna görə də Qluşko 1930-cu ilin əvvəllərindən əsas diqqəti maye yanacaqlı raket mühərriklərinin (MYM) hazırlanmasına yönəltmişdir. Bu mühərriklər üçün oksidləşdirici kimi azot tetroksid, maye oksigen, azot turşusu, yanacaq kimi isə toluol, benzin, kerosin və benzol təklif etmişdir. QDL-də Qluşkonun rəhbərliyi ilə ORM seriyalı MYM-lər hazırlanıb sınaqdan keçirilmişdir: ORM (1931-ci ilin yayında sınaqdan keçirilmiş), ORM-1 (həmin il sınaqdan keçirilmiş) və digər eyni seriyadan olan mühərriklər, o cümlədən 1933–1934-cü illərdə sınaqdan keçirilmiş azot turşusu-kerosin yanacağı istifadə edən ORM-50 (1500 N gücündə, RSTQ-nin 05 raketi üçün nəzərdə tutulmuşdur) və ORM-52 (3000 N gücündə, o dövrdə dünyada ən güclü MYM). ORM-52 mühərriki dəniz torpedaları, İ-4 təyyarəsi (köməkçi güc qurğusu kimi) və QDL-də layihələndirilmiş RLA-1, RLA-2, RLA-3 və RLA-100 raketləri üçün nəzərdə tutulmuşdur.

ORM seriyalı mühərriklərin kameralarında Qluşko sirkonium dioksiddən hazırlanmış istiliyədavamlı keramik örtük tətbiq etmişdir ki, bu örtük sonradan raketqayırmada geniş istifadə olunmuşdur. 1933-cü ildən isə o, yanacağın komponent axını ilə kameranın daxili divarının qanadlı səthini yuyan daxili soyutma sistemindən də istifadə etmişdir.

thumb|180px|Bölmədə ORM-65 mühərriki.

21 sentyabr 1933-cü ildə Mixail Tuxaçevskinin imzaladığı SSRİ İnqilab Hərbi Şurasının əmri ilə QDL və Moskva RSTQ-nin birləşdirilməsi yolu ilə Qırmızı Ordu Reaktiv Elmi-Tədqiqat İnstitutunun (RETİ) yaradılması haqqında qərar qəbul edilmişdir (RETİ 1936-cı ilin sonunda ETİ-3 adlandırılmışdır).) 3 yanvar 1934-cü ildə Valentin Qluşko və onun əməkdaşları MYM üzərində işlərini RETİ-də davam etdirmək üçün Moskvaya köçmüşdülər. Qluşko bu institutun 2 nömrəli şöbəsinin "Azot turşulu MYM" sektorunun rəhbəri təyin edilmişdir.

Qluşkonun rəhbərliyi altında sektor 1934–1935-ci illərdə ORM-53 — ORM-64 eksperimental MYM-ləri hazırladı, 15 mart 1936-cı ildən azot turşusu-kerosin yanacağı ilə 1750 N gücündə ORM-65 MYM-si üzərində işlər aparılmışdıt. Bu mühərrik Sergey Korolyovun layihələndirdiyi RP-318 raketoplanı və 212 nömrəli qanadlı raket üçün nəzərdə tutulmuşdu. 5 noyabr 1936-cı ildə bu MYM rəsmi stend sınaqlarından keçmiş, 1937-ci ildə 212 raketinin (29 aprel) və RP-318 raketoplanının (16 dekabr) tərkibində ilk yerüstü atəş sınaqları keçirilmiş, 29 yanvar 1939-cu ildə isə 212 raketinin tərkibində ilk uçuş sınağı həyata keçirilmişdir.

1933–1934-cü illərdə Valentin Qluşko RETİ-də işləməklə yanaşı, N. E. Jukovski adına Hərbi-Hava Mühəndislik Akademiyasında mühazirə kursları oxumuş, 1935-ci ildə Mərkəzi Osoaviaxim Şurasında mühəndislərin ixtisasartırma Reaktiv Kurslarının müdiri və müəllimi olmuşdur. 1935-ci ilin dekabrında Georgi Lanqemak və Valentin Qluşkonun redaktorluğu ilə "Raketlər: onların quruluşu və tətbiqi" kitabı nəşr olundu, 1936-cı ilin martında isə Qluşkonun "Reaktiv mühərriklər üçün maye yanacaq" əsəri çap edilmişdir. 1937-ci ildə Qluşko RETİ-nin "Raket texnikası" elmi məqalələr toplusunda 7 məqalə dərc etmişdir.

Buna baxmayaraq, Qluşkonun fəaliyyəti uğursuzluqlarla üzləşməyə başlamışdır. Aprel ayında mühəndis Andrey Kostikov SSRİ KP MK-yə məktub göndərmiş, "əks-inqilabi trotskist diversiya-zərərverici dəstənin açılması"nın ETİ-3-dəki vəziyyətə "daha dərindən baxmağı" tələb etdiyini bildirmiş və burada "şübhə doğuran bir sıra əlamətlər"in olduğunu qeyd etmişdir. O, Qluşkonun maye yanacaqlı mühərriklər üzərində apardığı işləri kəskin tənqid etmiş, institut rəhbərlərinin – xüsusilə ETİ-3 direktoru İvan Kleymyonovun, onun müavini Georgi Lanqemakın və təcrübi istehsal rəhbəri G. G. Nadyojinin iş tərzindəki nöqsanlarda günahlandırmışdır. Kostikov oxşar bəyanatı ETİ-3-ün partiya komitəsinə də göndərmişdi. Hər iki bəyanat NKVD-yə ötürülmüşdü. Bundan sonra ETİ-3-də "partiya xətti" üzrə yoxlamalar başlamış, 2 noyabr 1937-ci ildə Kleymyonov və Lanqemak həbs edilmişdir.

13 və 20 fevral 1938-ci ildə ETİ-3-də Mühəndis-Texniki Şuranın (MTS) büro iclasları keçirilmiş, burada "Valentin Qluşkonun zərərverici fəaliyyəti" və onun "xalq düşmənləri" Kleymyonov və Lanqemak ilə əlaqələri müzakirə olunmuşdur. Büro Qluşkonu MTS-in tərkibindən çıxarmaq qərarına gəlmişdir. Sergey Korolyov da çətinliklərlə üzləşmişdir. O, 1 yanvar tarixində şöbə rəhbəri vəzifəsindən kənarlaşdırılmış, 1 iyun tarixində isə RP-318 raketoplanı üzərində işlər dayandırılmışdır.

Həbs edilməsi 23 mart 1938-ci ildə Valentin Qluşko həbs olunmuş və 1939-cu ilin avqustuna qədər istintaq altında saxlanılmışdır. O, NKVD-nin Lubyankada yerləşən daxili həbsxanasında və Butırka həbsxanasında saxlanılmışdır. İstintaq zamanı Qluşkoya dəfələrlə rezin dəyənəklər və qurğuşun izolyasiyalı naqillərdən hazırlanmış qamçılarla zərbələr endirilmişdir. Bir çox digər istintaq altındakılar kimi, o da guya antisovet təşkilatında iştirak etdiyini və müdafiə sənayesində zərərverici fəaliyyətlə məşğul olduğunu etiraf edən "səmimi etiraf" sənədini imzalamağa məcbur edilmişdir.

Bu arada, ETİ-3-də hazırlanmış və 20 iyul 1938-ci ildə A. Q. Kostikov, L. S. Duşkin, A. N. Dedov və M. P. Kalyanova tərəfindən imzalanmış texniki ekspertiza aktı ortaya çıxmışdır. Bu akt 38 səhifədə Valentin Qluşko və S. P. Korolyovun "zərərverici fəaliyyəti" haqqında ətraflı məlumatları özündə əks etdirirdi. Sonradan Duşkinin Стр. 28 , 29 , 30 , 31 . Kostikovu təmizə çıxarmaq və onun Qluşko ilə Korolyova qarşı repressiyalardakı mənfi rolunu inkar etmək cəhdləri mənbələrdə öz təsdiqini tapmamışdır. Kostikovun SSRİ KP MK-yə və ETİ-3 partiya komitəsinə yazdığı məktubların mətnləri, MTS bürosunun materialları və qeyd olunan texniki ekspertiza aktı saxlanılmışdır.

280px|thumb|Xüsusi iclasdan çıxarış və hökm mətni.

15 avqust 1939-cu ildə Qluşko SSRİ NKVD yanında xüsusi iclasda RSFSR Cinayət Məcəlləsinin 58–7 və 58–11-ci maddələri ilə 8 il müddətinə islah-əmək düşərgəsinə məhkum edilmişdir, lakin sonradan texniki büroda işləmək üçün saxlanılmışdır. O, 1940-cı ilə qədər NKVD-nin 4-cü xüsusi şöbəsinin konstruktor qrupunda (yəni, "şaraşka") 82 nömrəli Tuşino aviamotorqayırma zavodu (NKAP) işləmişdir. Burada əvvəlcə sürətli dəniz torpedası üçün GG-3 qaz generatoru, daha sonra isə ikimühərrikli "S-100" qırıcı təyyarəsinin manevr qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş köməkçi JRD qurğusunun layihəsini hazırlamışdır.