Irena puella (Asiya mavi quşu) — Orta ölçülü, ağacda yaşayan quş növü.

Yayılması və yaşayış mühiti

Asiya mavi quşu Şri Lanka və Hindistanın qərb sahilində Travankordan Şivamoqqa, Belqam və Savantvadiyə qədər, Sikkim və Himalay dağlarının aşağı yüksəkliklərindən Assamın Dibruqarh şəhərinə qədər, Xasi dağları, Kaçar, Manipur, Banqladeş, Arrakan, Birmada Baqo və Tanintayi bölgələrində, Andaman və Nikobar adalarında tapılır. Cənub-Şərqi Asiyada Hind-Çin (o cümlədən Malayziya yarımadası), Sumatra, Kalimantan, Yava və yaxınlıqdakı kiçik adalarda yayılıb. Hindistan ərazisində bu növ əsasən təpəlik və düzənliklərin həmişəyaşıl meşələrində məhdudlaşır, lakin digər yerlərdə dəniz səviyyəsindən təxminən 1600 metr yüksəklikdə olan müxtəlif növ rütubətli və tökülən meşələrdə müntəzəm olaraq rast gəlinir. Bu növün yetkin yağış meşələrində və yerli kölgə ağacları altında olan kardamom plantasiyalarında daha tez-tez rast gəldiyi bildirilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İndoneziya quşları Kateqoriya:Banqladeş quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənub-Şərqi Asiya quşları Kateqoriya:Con Latam tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1790-cı ildə təsvir edilən quşlar Kateqoriya:Sərçəkimilər