Mikolas Alekna (; ) — 2024-cü ildə Paridə keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalçısı, 2022-ci il Avropa çempionu, 2022-ci il Dünya çempionatının gümüş medalçısı, 2023-cü il Dünya çempionatının bürünc medalını qazanmış litvalı disk atıcı.

19 yaşında ikən, 2022-ci il Dünya çempionatının gümüş medalını qazanaraq, tarixdə disk atma üzrə ən gənc medal sahibi olub. 14 aprel 2024-cü ildən disk atma üzrə dünya rekorduna sahibdir. Həyatı Mikolas Alekna disk atma üzrə ikiqat Olimpiya çempionu Virgiliyus Aleknanın oğludur. Onun böyük qardaşı Martinas Alekna (2000-ci il təvəllüdlü) da disk atıcıdır, Litva milli komandasının üzvüdür. O, həmçinin, 2024-cü il Olimpiadasında iştirak edib. Bacısı Qabriele Aleknayte isə, hündürlüyə tullanma ilə məşğuldur.

2022-ci ilin iyununda, 19 yaşlı Mikolas Stokholmda keçirilən Diamond Liqasında yarışaraq, ikinci yeri tumuşdu. O, 69,81 m məsafəyə disk atmaqla yeni şəxsi rekordunu qırıb və öz həmyaşıdları arasında disk atma üzrə rekorda imza atıb. İyul ayında Oreqon ştatının Yudjin şəhərində keçirilən 2022-ci il Dünya çempionatında o, Kristyanu Çexdən sonra, dünyanın ən gənc disk atıcısı kimi, ikinci yerin qalibi oldu. Bu yarıçdan bir müddət sonra, Münhendə keçirilən 2022-ci il Avropa çempionatında Alekna, Avropa çempionatının rekordunu (69,78 m) təyin edərək çempion adını aldı.

29 aprel 2023-cü ildə Kaliforniyanın Berkli şəhərində keçirilən Big Meet yarışında Alekna 70 metr məsafəni qət edərək tarixin ən gənc disk atıcısı oldu və 23 yaşadək uşaqlar arasında yeni Avropa rekordu qırdı.

2023-cü ildə Budapeştdə keçirilən dünya çempionatında Mikolas 68,85 m nəticə ilə bürünc medal qazandı.

14 aprel 2024-cü ildə Oklahoma ştatının Ramona şəhərində keçirilən Oklahoma Throws Series yarışında Alekna Şərqi Almaniyadan olan Yurgen Şultun 1986-cı ilin iyununda təyin etdiyi 74,08 m-lik dünya rekordunu qıra bildi. İlk beş cəhdində Alekna şəxsi ən yaxşı atışlarını üç dəfə təkmilləşdirərək tarixin ən uzun atışlar siyahısında 10-cu, sonra 4-cü və nəhayət 1-ci yerə yüksəldi (müvafiq olaraq 72,21 m, 72,89 m və 74,35 m). Şultun rekordu, kişilərin yüngül atletika: nizə atmada ən qədim rekord sayılırdı.

O, 2024-cü il iyunun əvvəlində Romada keçirilən Avropa çempionatında 67,48 m nəticə ilə üçüncü yeri tutub.

7 avqust 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında disk atmada gümüş medal qazanıb. Mikolas finaldakı ikinci cəhdində diski 69,97 m məsafəyə ataraq atasının 2004-cü ildə müəyyən etdiyi Olimpiya rekordunu 8 sm geridə qoymağı bacarıb. Lakin yamaykalı Rocer Stona dördüncü cəhdində diski, Mikolasdan 3 sm irəliyə ataraq qızıl medal qazanıb.

13 aprel 2025-ci ildə Oklahomada (2024-cü ildə dünya rekordunu qırdığı yer) keçirilən yarışda diski 75,56 m məsafəyə atdı. Eyni zamanda, Alekna daha bir 74,89 m atışla dünya rekordunu üstələməyi bacarıb.

Mükafatları Litva Böyük Hersoq Gediminas zabiti ordeni (27 dekabr 2024). Litva Böyük Hersoq Gediminas cəngavər ordeni (14 fevral 2023)

İstinadlar

Kateqoriya:Yüngül atletika üzrə Avropa çempionları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2024 Yay Olimpiya Oyunları gümüş medalçıları