Aynurə Qəzənfər qızı və ya tanınan adı ilə Nura Suri () — Azərbaycanlı estrada müğənnisi.

Həyatı Nura Suri 1976-cı il aprelin 15-də Bakı şəhərində hərbçi ailəsində dünyaya göz açıb. Müğənninin valideynlərinin hər ikisi — atası və anası Qarabağ Müharibəsi veteranlarıdır. Nura Suri ali təhsillidir. 1991-ci ildə məşhur "İmkan" qrupunda fəaliyyət göstərib.

Ailəsi Anası Birinci Qarabağ müharibəsi veteranı Firəngiz Səttarovadır. Atası ehtiyatda olan polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı Xanlar Səttarovdur.

Karyerası Şou-biznesə isə 2004-cü ildə möhtəşəm qayıdışı ilə yadda qalıb. Belə ki, Nura İsa Məlikovun "Yol" kompozisiyası ilə şou aləmdə səs yaratdı. Bu uğur Nurada inamı çoxalda bilir və o, həmin mahnıya Kənan M. M-in rejissorluğu ilə klip çəkdirir. Müğənninin uğurunu amerikalı reper Brendonla olan duet mahnıları — "Əlini çək" bir qədər də gücləndirdi. Müğənni bu layihəsinə görə bir neçə mükafata – "Qrand" və "İlin Mahnısı"na layiq görülüb. Nura ikinci klipini "Sevgilim"ə çəkdirib. "Sevgilim"in rejissorluğu Elxan Cəfərova məxsusdu. Zövq və gözəllik müğənninin yaradıcılıq yolunda az rol oynamayıb – o, nüfuzlu sayılan "BREEZ" kompaniyasının reklam siması seçilib. Daha sonralar müğənni maraqlı təkliflər alır. O, tamaşaçı qarşısına yeni ampluada – aparıcı kimi çıxır. Müğənni altı ay ərzində həftədə 5 dəfə Lider telekanalında veriliş aparıcısı kimi çıxış edir. Nura Suri eyni zamanda FBİ kompaniyasının və "Krem 21"in siması olub. Müğənninin vətənpərvərlik mövzusunda çəkdirdiyi "Vətənim" klipi də çox böyük müzakirələrə səbəb oldu. Xanım İsmayılqızının musiqisinə çəkilən klipdə Nuranın klip boyu görünməməsi bir çoxları üçün gözlənilməz oldu. 2009-cu ildə Nura Suri "Sanki gecə idi" adlı ilk albomunu buraxdı. Paralel olaraq müğənni "Səndən öyrəndim" mahnısına klip çəkdirib. Fuad Əlişovun çəkdiyi bu klip il ərzində maraqla qarşılandı, yüksək şəkildə qiymətləndirildi. Bir çoxları bu klipi 2009-cu ilin ən maraqlı və keyfiyyətli klipi kimi dəyərləndirdi. Nura Suri özü mahnı da yazır. Müğənni Eltonun ifasında oxunan "Dəli" mahnısının müəllifidir.

3 oğul anasıdı – Xosrov, Möhsen və David. Nura Suri ilk albomunu məhz oğullarına həsr edib.

Diskoqrafiya

Sanki Gecə İdi (2009)

…Nəğmələrimdə Yaşadacağam (2011)

Videoqrafiya +SayKlipTarix01Yol200402Sevgilim200603Vətənim04Səndən Öyrəndim200905Brilliantlar201406#MazoxistO201707Sevgi Romanı201808Gitme201809Dönmək Olmur201910Ağladım201911Düşünürdüm202112Hərdən Bir202113Onsuz ft. Idd Aziz202114Qürur ft. Noton202215Doğru2022

Mənbə Nura Surinin bioqrafiyası

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:XXI əsr müğənniləri