Kristal Meduza () — əsasən Şimali Sakit okeanın qərb sahillərində yaşayan şəffaf, Biolüminesensiya qabiliyyətinə malik hidroid meduza. Onun adı kristal şəffaflığına görə verilib, çünki bədəni demək olar ki, tamamilə şəffafdır və suyun içində demək olar ki, görünməz olur. Bu növ elm və biotexnologiya sahəsində mühüm əhəmiyyət daşıyır, çünki o, məşhur yaşıl floresan zülalın (GFP) əsas mənbəyi hesab olunur.
Görünüş və quruluşu Kristal Meduza diametri təxminən 2-10 sm arasında olur, bəzi fərdlər 12 sm-ə qədər çata bilər. Onun əsas xüsusiyyətlərindən biri şəffaf, Jelatinvari bədənidir. Bədənin kənarında 100-dən çox nazik Tentakula malikdir. Onun mərkəzi sahəsində sadə sinir halqası və radial kanalları mövcuddur.
Yaşayış mühiti 250px|thumb|right|Kristal Meduzanın daxildən görünüşü Aequorea victoria əsasən Sakit Okeanın şimal hissəsində, xüsusilə Şimali Amerika sahilləri boyunca – Vaşinqton, Britaniya Kolumbiyası və Alyaska yaxınlıqlarında rast gəlinir. Onlar əsasən dayaz sulara üstünlük verirlər, lakin bəzi hallarda daha dərin qatlarda da müşahidə oluna bilirlər.Kozloff, Eugene N. Marine Invertebrates of the Pacific Northwest. 2nd. Seattle: University of Washington Press, 1996.
Qidalanma Aequorea victoria xırda balıq sürfələri və digər mikroskopik orqanizmlərlə qidalanır. Tentakulları vasitəsilə ovlarını iflic edərək udur. Onun qidalanma sistemi sadədir və əsasən ağızdan mədəyə doğru radial kanallar vasitəsilə yerləşir.
Çoxalma 250px|thumb|right|Meduzanın yaşıl lent diaqramı Aequorea victoria cinsi yolla çoxalır. Yetkin meduzalar gametlər ifraz edir və bunlar suda birləşərək zigota əmələ gətirir. Daha sonra bu zigotadan planula adlanan sürfə yaranır və bu sürfə hidrozoan polipinə çevrilir. Poliplər daha sonra qönçələnmə yolu ilə yeni meduzalar əmələ gətirir.Mills, C. E. (2009). "Bioluminescence of Aequorea" .
İstinadlar
Xarici keçidlər General species overview Green Fluorescent Protein animation University of Washington: Aequorea victoria GFP & Aequorea in fluorescent microscopy
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Leptothecata Kateqoriya:1902-ci ildə təsvir edilən heyvanlar