Odoardo Farneze (; ) — 5-ci Kastro, Parma və Piaçensa hersoqu.
Həyatı 28 aprel 1612-ci ildə Parmada dünyaya gəldi. Atası Parma və Piaçensa hersoqu I Ranuççio Farneze, anası isə məşhur italyan ailələrindən Marqarita Aldobrandinidir. Atasının ani vəfatının ardından 1622-ci ildə hələ 10 yaşında ikən taxta çıxarıldı. Real hakimiyyət isə naib təyin edilən əmisi kardinal Odoardonun əlində idi. Onun vəzifə başında ikən 1626-cı ildə vəfat etməsiylə, anası Marqarita Aldobrandini oğlunun adına naibə olaraq dövlət idarəsini ələ aldı.
1628-ci ildə yetklinlik çatına çatması ilə anası istehfa etdi və həmin il 11 oktyabr 1628-ci ildə Toskana hersoqu II Ferdinandın bacısı Marqarita Mediçiylə evləndirildi. 1633-cü ildə şimali İtaliyadakı ispan əsarətinə qarşı müabrizə məqsədilə Fransa kralı XIII Lüdoviklə müttəfiq oldu. Ancaq ispanlar Piaçensa şəhərini işğal etdi və ispan dəstəkçisi olan bacısının əri Modena hersoqu I Françesko d'Este tərəfindən məğlub edildi. Müttəfiq olmasına baxmayaraq, fransızlardan yardım ala bilmədi. Bu səbəblə, 1637-ci ildə papa VIII Urbanın vasitəçiliyi ilə İspaniya sülhə razı salındı.
Digər yandan ata-baba mülkü sayılan Kastro hersoqluğu uğrunda papanın qohumu olan Barberini ailəsi ilə münasibətləri pisləşdi. Bu səbəblə 1641-ci ildə papa tərəfindən aforoz edildi. Sülh yerinə, Venesiya, Florensiya və Modena ilə ittifaq qurdu və 7 minlik orduyla şimali Latsio işğal etdi. Nəticədə 1644-cü ildə bağlanan sülhlə Kastro şəhəri geri alındı və Roma Katolik kilsəsi ilə sülh təmin olundu.
Çox keçmədən 11 sentyabr 1646-cı ildə Piaçensada vəfat etdi.
Övladları
Yekaterina (1629) II Ranuççio Farneze, Parma hersoqu Mariya Maqdalena (1633-1693) Alessandro Farneze Orazio (1636-1656) Yekaterina (1637-1684), rahibə Pietro (1639-1677) Ottavio (1641)
Mənbə
Ədəbiyyat
Hanlon, Gregory (2019). The Hero of Italy: Odoardo Farnese, Duke of Parma, his Soldiers, and his Subjects in the Thirty Years' War. OUP Oxford. ISBN 978-0-19-258628-5 Williams, George L. (2004). Papal Genealogy: The Families and Descendants of the Pope. McFarland. p. 106. ISBN 0-7864-2071-5
İstinadlar