right|350px|thumb| Dünyəvi dövlət — dövlət idarəçiliyinin din və dini təşkilatlardan tamamilə ayrıldığı, rəsmi dinin olmadığı və bütün inanclara bərabər yanaşıldığı siyasi sistem. Bu kimi ölkələrdə dövlət orqanlarının qərarları dini əsaslı ola bilməz.

Buna baxmayaraq, dünyəvi dövlətin qanunvericiliyi tam və ya qismən dini normalara uyğunlaşa bilər. "Dünyəvilik" dini baxış və onun qanuniliyinə qarşı çıxmaqla yox, bunlardan azad olmaqla müəyyən edilir və seçilir. Məsələn, dünyəvi dövlətlərdə əhalinin dindar hissəsinin rahatlığına və ya ümumi say çoxluğuna görə (və ya digər bu kimi səbəblərə görə) hər hansı dini bayram istirahət günü və ya dövlət bayramı elan edilə bilər.

Hər bir insan hər hansı dünyəvi dövlətdə dini institutlara müraciət etmədən yaşaya biləcəyinə arxalana bilər. Məsələn, ailə qurduqda müəyyən dini inanc və adətlərdən istifadə etməmək və sair bu kimi hallar. Dünyəvi dövlətdə bütün dini inanclar və onların daşıyıcıları qanun qarşısında bərabərdirlər.

Hazırda Avropa ənənələrinə malik bütün ölkələr, Cənub-Şərqi Asiya və Afrikanın bir sıra ölkələri, həmçinin Şimali və Cənubi Amerikanın əksər dövlətləri dünyəvidir. Lakin bir çox müsəlman ölkələri tam dünyəvi deyil. Məsələn, İran və Səudiyyə Ərəbistanı rəsmən teokratik dövlətlərdir. Ərəb ölkələri daxil olmaqla bir sıra digər müsəlman dövlətlərinin konstitusiyasında onların qanunvericiliyinin Quran və şəriət qanunları əsasında hazırlandığı qeyd edilib.

Dünyəvi dövlətlərin siyahısı

Afrika

Amerika

Asiya

(Tayvan)

Avropa

Article 29 of the Constitution, Article 9(1) of Law 489/2006 on Religious Freedom Article 14 of Constitution

, ,

Uels,

Okeaniya

Keçmiş dünyəvi dövlətlər (1947-1956) 1956-cı ildə yeni konstitusiyaya əsasən dövlət dini İslam elan edilib. – 1971-ci ildə dünyəvi dövlət kimi müstəqil olan Banqladeşdə sonradan, prezident Hüseyn Erşad konstitusiyada 8-ci düzəliş etməklə dövlət dinini İslam elan etmişdir. Bu cür addımın ölkədə fundamental ekstrimizm və qanunsuz hərbi hərəkatların qarşısını almaq üçün atıldığı deyilir. – 1925-ci ildən dünyəvi dövlət olsa da 1979-cu ilin dekabrında konstitusiyada düzəliş edildikdən sonra İslam dini yenidən dövlət dini elan edilmişdir.

Həmçinin bax Dünyəvilik Dövlət dini

İstinadlar

Kateqoriya:Dövlət quruluşları

Kateqoriya:Dini hüquq Kateqoriya:Dini siyasət Kateqoriya:Konstitusiya hüququ Kateqoriya:Sekulyarizm