Buteo trizonatus (Meşə sarı) — Afrika qitəsində yayılmış yırtıcı quş növü. Bəzi mütəxəssislər onu başqa bir növ olan dağ sarı (Buteo oreophilus) ilə eyni növün alt növü kimi qəbul edirlər. Bu quş növü Cənubi Afrikanın cənub və şərqindəki meşəlik ərazilərdə yaşayır və çoxalır.

Taksonomiya

Meşə sarı, adi sar (Buteo buteo) və Madaqaskar sarı (Buteo brachypterus) ilə yanaşı, dağ sarını (Buteo oreophilus) da əhatə edən üst növün bir hissəsidir. Meşə sarı və dağ sarının fərqli növlər kimi qəbul edilməsi onların yaşayış yeri, quruluşu və lələk rəngləri ilə əlaqədardır. Ehtimal edilir ki, meşə sarı çöl sarından təkamül edib. Çöl sarı şərqi Palearktikanın geniş ərazilərində çoxalır və qışı Şərqi və Cənubi Afrikada keçirir, bəzi fərdlər isə Cənubi Afrikada qışlamır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika quşları