Şahmat Klubu — Azərbaycan Televiziyasında 56 ildir yayımlanan proqram dünya efirində ən uzunömürlü idman verilişi kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Təltif mərasimi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də təşkil olunan tədbirdə proqramın aparıcısı, Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənova Ginnesin rəsmi nümayəndəsi tərəfindən xüsusi mükafat təqdim olunub.
Rəsmi çıxışlar Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov proqramın ölkədə şahmatın inkişafındakı rolundan bəhs ediblər və bu sahənin gənclər arasında təbliğ edilməsinin vacibliyini vurğulayıblar.
İstinadlar
Kateqoriya:Şahmat haqqında televiziya verilişləri