Burbon-Parmalı Zita (; ; ) — Parma hersoqu I Robertin qızı, Avstriya imperatriçası. Roma papası XVI Benedikt tərəfindən 2009-cu ildə Tanrının xidmətkarı ünvanı ilə təltif edilib.
1892-ci ildə Viareccoda dünyaya gəldi. Atası Parmanın sonuncu hakim hersoqu I Robert, anası isə Portuqaliya kralı I Miquelin qızı İnfanta Mariya Antoniyadır.
21 oktyabr 1911-ci ildə Vyana yaxınlığında Avstriya hersoqu Karlla evləndirildi. 11 il davam edən evlilikləri boyunca 8 övladı dünyaya gəldi.
Otto fon Habsburq Adelayd Robert (1915-1996) Feliks (1916-2011) Karl Lüdviq (1918-2007) Rudolf (1919-2010) Şarlotta (1921-1989) Elizabet (1922-1993)
1914-cü ildə əmisinin öldürülməsindən sonra Avstriya taxt-tacının varisi olan əri Karl, yaşlı imperatorun ölümü ilə 1916-cı ildə taxta çıxdı. Beləcə, Zita Avstriya imperatriçası və Macarıstan kraliçası oldu. Ancaq 1918-ci ildə Birinci Dünya müharibəsi sonlandı və Habsburqların taxtdan endirilməsi ilə nəticələndi. Ailəsiylə birlikdə İsveçrəyə sürgün edilən Zita qatı bir katolik idi. 29 yaşında dul qalmasının ardından bir daha evlənmədi və övladlarını böyütdü.
Mənbə
Ədəbiyyat
Bogle, James and Joanna. (1990). A Heart for Europe: The Lives of Emperor Charles and Empress Zita of Austria-Hungary, Fowler Wright, 1990, Brook-Shepherd, Gordon. (1991). The Last Empress: The Life and Times of Zita of Austria-Hungary 1893–1989. Harper-Collins. Harding, Bertita. (1939). Imperial Twilight: The Story of Karl and Zita of Hungary. Bobbs-Merrill Company Publishers. ASIN: B000J0DDQO Bernhard A. Macek: Kaiser Karl I. Der letzte Kaiser Österreichs. Ein biografischer Bilderbogen, Sutton Verlag, Erfurt 2012, (in French) Debris, Cyrille. (2013). Zita, Portrait intime d'une imperatrice. Cerf, Paris, 2013,
İstinadlar Kateqoriya:Xristianlıq Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:İtaliya qadınları Kateqoriya:Avstriya şəxsləri Kateqoriya:Habsburqlar Kateqoriya:İspanlar Kateqoriya:İtaliya zadəganlığı Kateqoriya:Portuqaliya şəxsləri Kateqoriya:Toskana şəxsləri