Okulus — 2013-cü ildə Mayk Fleneqan tərəfindən çəkilmiş psixoloji-fövqəltəbii qorxu filmidir. Filmin premyerası 2013-cü ildə keçirilmiş Toronto Beynəlxalq Film Festivalı (TIFF) zamanı — 5 sentyabr 2013-cü ildə baş tutmuş və 11 aprel 2014-cü ildə təqdim edilmişdir. Filmdə baş rolları Karen Qillan və Brenton Tueytes canlandırmışdır. Film Flanaqanın əvvəl çəkdiyi qısametrajlı filmi olan Okulus: Fəsil 3 – Planlı Adam () adlı əsərinə əsaslanır.
Süjet xətti
Gənc ikən valideynlərinin ölümündə günahlandırılan bacı-qardaş olan Keyli və Tim illər sonra bir araya gələrək valideynlərinin ölümünün sirrini açmağa çalışacaqlar.
Rollarda Karen Qillan — Keyli Rassell Annaliza Basso — Keyli Rasselin uşaqlığı Brenton Tueytes — Tim Rassell Qarret Rayan — Tim Rassellin uşaqlığı Rori Kokreyn — Alan Rassell Keti Sakhoff — Mari Rassell Ceyms Lafferti — Maykl Keyt Siqel — Marisol Çaves Kortni Bell — auksionçu
İstehsalı
2005-ci ildə çəkilmiş Okulus adlı qısametrajlı filmin əsasında çəkilmiş bu film həmçinin Hovard Fillips Lavkraftın hekayələrindən də ilhamlanmışdır.
Üç həftə davam etmiş çəkilişlərdən sonra, filmin çəkilişləri 27 oktyabr 2012-ci ildə Alabamada başa çatmışdır.
Buraxılış
Filmin premyerası 5 sentyabr 2013-cü ildə 2013-cü il Toronto Beynəlxalq Film Festivalı zamanı baş tutmuş, daha sonra isə 11 aprel 2014-cü ildə bütün dünyada kinoteatrlarda nümayiş olunmuşdur.
5 avqust 2014-cü ildə DVD və Blu-ray Disc formatında buraxılmışdır.
Tənqidlər
Okulus 133 rəy əsasında Rotten Tomatoes saytında orta hesabla 73%-lik bir nəticə əldə etmişdir. Filmin tənqidçiləri arasında gəlinmiş yekdil fikir “Qorxunun qanlı səhnələrdən daha ön planda olduğu və filmin davam filmləri üçün qapını açıq qoyan sonluqla, “Okulus” sadəcə olaraq qorxu filmi sevənlər üçün yeni bir franşizanın ilk fəsli ola bilər” sözləri ilə ifadə olunmuşdur. Shock Till You Drop filmə müsbət rəy verərək filmi “ağıllı və qorxulu şeylər” adlandırmışdır. Bundan əlavə, film 28 tənqidçinin vermiş olduğu rəy əsasında Metacritic saytında 100 baldan 61 bal əldə etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Müstəqil filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:2002-ci il haqqında filmlər Kateqoriya:2013-cü il haqqında filmlər Kateqoriya:Kabus filmləri Kateqoriya:Fövqəltəbii triller filmləri Kateqoriya:Blumhouse Productions filmləri Kateqoriya:WWE Studios filmləri Kateqoriya:Relativity Media filmləri Kateqoriya:Alabamada çəkilmiş filmlər Kateqoriya:Ceyson Blamın prodüseri olduğu filmlər Kateqoriya:Mayk Fleneqanın rejissoru olduğu filmlər Kateqoriya:ABŞ-nin fövqəltəbii triller filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri Kateqoriya:2013-cü ilin qorxu filmləri Kateqoriya:İngilis dilində qorxu filmləri Kateqoriya:Bəstəkarı Nyuton qardaşları olan filmlər Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:Uydurmada etibarsız rəvayətçi Kateqoriya:2010-cu illərin kabus filmləri Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:Alabama haqqında filmlər Kateqoriya:Ssenari müəllifi Mayk Fleneqan olan filmlər Kateqoriya:Intrepid Pictures filmləri Kateqoriya:2010-cu illərin fövqəltəbii qorxu filmləri Kateqoriya:2013-cü ilin müstəqil filmləri Kateqoriya:ABŞ-nin kabus filmləri Kateqoriya:Uydurmada güzgülər Kateqoriya:Bəddua haqqında filmlər Kateqoriya:Qısametrajlı filmlərə əsaslanan filmlər Kateqoriya:2013-cü ilin ABŞ filmləri