Əbu Hətim Məhəmməd ibn Hibban ibn Əhməd əl-Büsti (; ) — hədis və fiqh alimi.
Bioqrafiyası 883 və ya 890-cı ildə (h. 277) Büstdə doğulub. Ərəb qəbilələrindən olan Təmimə mənsub olduğu üçün Təmimi nisbəsi ilə də tanınır.
İlk təhsilini Büst və ətraf ərazilərdə alıb. 23 yaşında təhsil almaq məqsədilə Daşkənd, Xorasan, Mavəraünnəhr, İraq, Hicaz, Şam, Misir və İskəndəriyyəyə səfərlər edib. O, Zəkəriyya ibn Yəhya Saciyə, Nəsaiyə, Əbu Yalə əl-Mövsiliyə, Həsən ibn Süfyana, Büceyriyə, Əbu Arubəyə və Məhəmməd ibn İshaq Sərraca tələbəlik edib.
Əbu Abdullah ibn Məndə, Hakim ən-Nisaburi, Darəqutni, Əhməd ibn Məhəmməd İdrisi onun tələbələridirlər.
İbn Hibban hicri 354-cü ildə Şəvval ayının başa çatmasına səkkiz gün qalmış cümə gecəsi Büst şəhərində vəfat etmişdir. O, doğma şəhəri olan Büstdə (indiki Ləşgərgah), müasir Əfqanıstanın cənubunda dəfn edilmişdir.
O, bir neçə əsər qələmə almışdır. Onlardan ən məşhurları "əl-Müsnədüs-səhih" olaraq tanınan "əl-Müsnədüs-səhih alət-təqasim vəl-ənva" ilə "əs-Siqat"dır.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Sünnilik Kateqoriya:İran həkimləri Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:X əsr ərəbləri