Evermannellidae (Qılıncdiş balıqları) — kiçik, amma qorxulu görünüşlü dərin dəniz "aulopiform" balıqları fəsiləsi. Bu fəsilə kiçikdir və üç cinsdə təsnif edilən səkkiz növü özündə birləşdirir. Bu balıqlar Atlantik, Hind və Sakit okeanların tropik və subtropik sularında yayılmışdır.
Çoxalma
Onların çoxalma qaydaları zəif öyrənilmişdir. Qorunmayan, pelagik yumurta qoyan canlılar olduqları güman edilir. "Evermannella indica" və "Odontostomops normalops" növlərində həqiqi sinxron hermafroditizm və xarici mayalanma müşahidə edilmişdir. "E. indica" növü bütün il boyu yumurta qoya bilir. Qılıncdiş balıqlarının sürfələri planktonikdir və metamorfozdan əvvəl uzun burun və düzbucaqlı gözlərə malikdir.
İstinadlar
Xarici keçidlər