Astrochelys yniphora — kritik təhlükə altında olan bir tısbağa növü. Qeyri-qanuni ev heyvanı ticarəti üçün ovlanması səbəbindən ciddi təhlükə ilə üz-üzədir.
Yaşayış yeri Yalnız Madaqaskarda rast gəlinir. Bu növ angonoka, kotan tısbağası, Madaqaskar tısbağası və Madaqaskar bucaqlı tısbağası adları ilə də tanınır. Təbiətdə 400-dən az fərdin qaldığı ehtimal edilir. Bu tısbağa yalnız Madaqaskarın şimal-qərbindəki Baly körfəzi bölgəsinin quru meşələrində, Soalala şəhəri yaxınlığında (Baie de Baly Milli Parkı da daxil olmaqla) tapılır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər