Andrey Nikolaidis (; ) — Monteneqro yazıçısı, romançısı, jurnalisti. Onun "Oğul" romanı 2011-ci ildə Avropa İttifaqının "Ədəbiyyat" mükafatını qazanmışdır. Romanın ingilis dilinə tərcüməsi 2013-cü ildə Birləşmiş Krallıqda nəşr edilmişdir.

2009-cu ilin oktyabrından 2014-cü ilin fevralına qədər Andrey Nikolaidis Monteneqro Məclisinin sədri Ranko Krivokapiçin müşaviri olmuşdur.

Həyatı 1974-cü ildə Sarayevoda monteneqrolu-yunan qarışıq ailəsində anadan olmuşdur. 1992-ci ildə Bosniya və Herseqovinada müharibə başlayandan sonra Nikolaidis ailəsi atasının köhnə evinin olduğu Monteneqronun Ultsin şəhərinə köçmüşdür. Andrey Nikolaidis Monteneqronun müstəqilliyinin tərəfdarı və müharibə əleyhinə fəal olmuşdur.

O, yerli televiziyalarda tez-tez çıxış edib və kəskin siyasi şərhlərlə qəzetlərdə məqalələr yazmışdır. Monteneqronun "Vesti", "Monitor" qəzetlərində, Bosniya və Herseqovinanın "Slobodna Bosna" qəzetində köşə yazarı olmuşdur. Onun baxışları mübahisələrə səbəb olmuş və dəfələrlə təhdidlər almışdır. "Antena M" radiosunun tok-şousu zamanı bir dinləyici efirdə Nikolaidisi öldürəcəyini bəyan etmişdir.

15 oktyabr 2009-cu ildə Nikolaidis Monteneqro Məclisinin sədri Ranko Krivokapiçin müşaviri vəzifəsinə təyin edildiyi elan edilmişdir.

Yaradıcılığı Monteneqro və Xorvatiyada dörd roman nəşr etdirmişdir. Onlar "Mimesis" (2003), "Oğul" (2006), "Gəliş" (2009) və "Padşahlığın gəlişinə qədər" (2012), həmçinin "Sietldə kafedral", "Dəliliyin qısa tarixi" hekayələr toplusu və "Apokalipsis poetikası" adlı mədəniyyət nəzəriyyəsi kitabıdır.

2012-ci ildə Birləşmiş Krallıqda onun iki romanı ("Gəliş" və "Oğul") nəşr edilmişdir. 2014-cü ildə "Gəliş" kitabının alman dilində nəşri buraxılmışdır.

Onun ilk məşhur romanı "Mimesis" Xorvatiyada, Bosniyada və Monteneqronun liberal ziyalıları arasında çox yaxşı qarşılanmışdır. Monteneqronun müstəqilliyi haqqında qəzetlərdə məqalələr yazmışdır.

Hazırda Monteneqronun Ultsin şəhərində yaşayır.

Əsərləri Mimesis, 2003 Oğul, 2006 Balkan rapsodiyası, 2007 Mimesis və digər qalmaqallar, 2008 Apokalipsis poetikası, 2010 Təxirə salınma, 2012 Kiçik Dəlilik Ensiklopediyası, 2013 Padşahlığın gəlişinə qədər, 2014 Macarıstan hökmü, 2017

İstinadlar

Xarici keçidlər Andrej Nikolaidis: "Черногория находится на линии огня в американско-российском конфликте" "Аномалия" Андрея Николаидиса Черногория: перепись населения— следующее политическое испытание страны A literary awakening in Montenegro Nikolaidis, Andrej (1974-….)

Kateqoriya:Monteneqro yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Bosniya və Herseqovina yazıçıları