İsrafil ağa Kərbəlayevin yaşayış evi — Qazaxın Qıraq Kəsəmənli kəndində, 100 metr yüksəklikdə tikilmiş çoxpəncərəli bina. Yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısına daxildir.

Tarixi XIX əsrin sonlarında kəndin ən ucqar yerində inşa olunub. Bina ilk vaxtlar dövrün tanınmış xeyriyyəçilərindən İsrafil ağa Kərbalayevin evi olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə olunub.

Abidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin siyahəna daxil edilib, inventar nömrəsi 4509-dur.

Memarlığı 4 tərəfində pəncərələr olan 200 kvadratmetrlik evdir. Ev 3 otaq və 2 eyvandan ibarətdir. Tikintisində yumurta sarısı, gil qatı, kərpic, çay daşları, kirəc və əhəng suyu istifadə olunub.

Həmçinin bax Qazax rayonunun tarix-memarlıq abidələrinin siyahısı

İstinadlar

Kateqoriya:Qazax rayonunun abidələri Kateqoriya:Qazax rayonunun qədim yaşayış yerləri Kateqoriya:Azərbaycanın memarlıq abidələri