Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət milli komandası — Azərbaycanı beynəlxalq qadınlar arasında otüstü hokkeydə təmsil edir və Azərbaycanda otüstü hokkey üzrə rəhbər orqan olan Azərbaycan Otüstü Hokkey Federasiyası tərəfindən idarə olunur.

2005-ci ildə Azərbaycan qadın milli otüstü hokkey komandası B ölkələri üzrə Avropa Çempionatını birinci yerdə başa vuraraq, 2007-ci ildə A ölkələri üzrə Avropa çempionatına vəsiqə qazanıb. Azərbaycan komandası 2007-ci ildə Mançesterdə keçirilən Avropa çempionatında beşinci yeri tutaraq A ölkələri üzrə Avropa çempionatına vəsiqəni qoruyub saxladı. 2011-ci il Avropa çempionatında B qrupuna düşdü.

12 noyabr 2016-cı ildə milli assosiasiyanın fəaliyyəti dayandırıldığı üçün milli komanda 2016-cı ilin noyabrından bəri heç bir beynəlxalq yarışda iştirak etmədiyinə görə dünya reytinqində nəzərə alınmır.

Turnir rekordları Avropa çempionatı 2003–9-cu yer 2007–5-ci yer 2009–6-cı yer 2011–7-ci yer

Dünya liqası 2012-13-20-ci yer 2014-15-38-ci yer

Çempionluq çağırışı 2007–6-cı yer 2009–7-ci yer 2011–8-ci yer

İstinadlar

Kateqoriya:Azərbaycanda otüstü hokkey Kateqoriya:Azərbaycan milli idman komandaları