Ələkbərov Mikayıl Məhəmməd oğlu () — Sovet İttifaqı Qəhrəmanı

Həyatı Bakının indiki Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir.

Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir.

Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak edərək, ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur.

Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir.

Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir.

Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir.

İstinadlar

Mənbə Герои Советского Союза - сыны Азербайджана, Баку,1965 Герои Советского Союза. Краткий биографический словарь. Т.1. М., 1987 "Azərbaycan Respublikası Xatirə Kitabı" 3-cü cild, "Ə" hərfi. Bakı-2003. səh.479.

Xarici keçidlər 9may.az. Qəhrəmanlar. UKRAYNADA SOVET İTTİFAQI QƏHRƏMANI MİKAYIL ƏLƏKBƏROVUN ABİDƏSİNİN AÇILIŞI OLUB

Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları