Musayev Mərdan Məmməd oğlu (1 yanvar 1907, Qazax qəzası, Əlimərdanlı — 25 mart 1982 ,Tovuz rayonu)— Sovet İttifaqı Qəhrəmanı (03.06.1944).
Həyatı Musayev Mərdan Məmməd oğlu 1 yanvar 1907-ci ildə Qazax qəzasının indiki (Tovuz rayonu) Əlimərdanlı kəndində anadan olmuşdur.
1941-ci ildə Tovuz RHK-dan orduya çağırılmışdır. 28-ci ordunun 2-ci qvardiya mexanikləşdirilmiş korpusunun 5-ci qvardiya mexaniki briqadasının motorlu atıcı bölməsinin komandiri olmuşdur.
O, Borisovv şəhəri uğrunda aparılan döyüşlərdə xüsusilə fərqlənmişdir.
1944-cü ilin 9 martından 10 martına keçən gecə bir qrup döyüşçüyə Dnepr çayını keçərək, sağ sahildəki düşmənin mövqeyini müəyyənləşdirmək əmri verildi. Musayev sahili ilk üzərək, keçənlər arasında idi. Düşmən atəşləri altında irəliləyən baş serjant tezliklə düşmənin yerləşdiyi nöqtəyə çataraq, dəzgahlı pulemyotunu məhv etdi. Və nəticədə sovet qoşunlarının irəliləməsi üçün yol maneələrdən azad edildi.
1944-cü ilin 13 martında İnqulets çayı yaxınlığında Musayev batalyon komandirinin həyatını sinəsini qabağa verərək xilas etdi. Elə həmin döyüşdə də o, sərrast atəşlə alman zabitini və 7 sıravi əsgəri zərərsizləşdirmişdi.
"Sevçenko" adına sovxoza hücum zamanı sovet ordusunun qarşısını daha bir dəzgahlı pulemyot kəsdi. Qorxmaz baş serjant irəli atılaraq, yaralı olduğu halda düşmən üzərinə dayanmadan atəş açaraq, tez bir zamanda bu dəzgahlı pulemyotu ələ keçirdi. Mərdan Mustafayev bu vuruşmada 20 hitlerçini məhv etdi.
Uzun müddət müharibəədn sonra ticarət sistemində çalışmışdır.
Təltifləri İgidlik və cəsurluq göstərdiyinə görə Şöhrət ordeninin 1,2,3-cü dərəcələri ilə təltif olunmuşdur. Bundan başqa o Lenin ordeni ilə də təltif edilmişdir.
SSRİ Ali Sovetinin fərmanı ilə baş serjant Musayev Mərdan Məmməd oğluna 3 iyun 1944-cü il tarixində Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
İstinadlar
Mənbə 9may.az. Qəhrəmanlar. "Azərbaycan Respublikası Xatirə Kitabı", XI cild, M, N (Mu…-N.) hərfləri, Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2011. 136-cı səhifə.
Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Tovuz rayonunda doğulanlar Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ baş çavuşları