Balistoides viridescens — Hind-Sakit okeanının əksər hissəsində laqunlarda və riflərdə, 50 m (160 fut) dərinliyə qədər tapılan iri bir balistidae (tətik balığı) növü.

Davranış Balistoides viridescens gündüz fəal olan və tək yaşayan bir balıqdır. Dəniz kirpiləri, molyusklar, xərçəngkimilər, boru qurdları və mərcanlarla qidalanır. Tez-tez qayaları çevirərək, qumu qarışdıraraq və budaq mərcanlarının hissələrini dişləyərək qidalanır. Bu səbəbdən onun ətrafında tez-tez kiçik balıq növləri görünür, çünki onlar qarışdırılmış detritus və kiçik orqanizmlərlə qidalanır. Titan triggerfish, "crown-of-thorns" dəniz ulduzunu ovlayıb yeyə bilən bir neçə balıq növündən biridir. Titan triggerfish öz ərazilərinə daxil olan digər balıqlara qarşı aqressiv davranır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər