thumb Asana (Sanskrit: आसन, IAST: āsana) həm orta əsr Hatha yoqasında, həm də müasir yoqada istifadə edilən bədən duruşudur. Termin sanskritcə "oturmaq" sözündən götürülmüşdür. Ən qədim asanaların bir çoxu həqiqətən meditasiya üçün oturmuş duruşlar olsa da, asanalar ayaq üstə, oturarkən, qol tarazlığında, bükülmədə, irəli və geriyə əyilmələrdə, meyilli və uzanılı vəziyyətdə ola bilər. Asanalara rəqabət edən yoqa məktəbləri tərəfindən müxtəlif ingilis adları verilmişdir.

Asanaların ənənəvi sayı simvolik olaraq 84-dür. Lakin müxtəlif mətnlər, müxtəlif seçimləri müəyyən edir. Bəzən onları təsvir etmədən onların adlarını sadalamaq olar. Bəzi adlar əsrlər boyu müxtəlif asanalara verilmişdir. Və bəzi asanalar müxtəlif adlarla tanınır. Bu da izləmə və tarixlərin təyin edilməsini çətinləşdirir. Məsələn, Muktasana adı indi ayağı digərinin qarşısında olan Sidhasana adına uyğunlaşdırılmışdır. Lakin Sidhasana və digər çarpaz meditasiya pozaları üçün də istifadə edilmişdir. Başqa bir misal da çəkmək olar, başlıq indi 20-ci əsrdə Şirşasana adı ilə tanınır, lakin pozanın köhnə adı Kaplasanadır. Başqa formada da misal gətirmək olar, belə ki, hər iki ad bir mənanı veir. Bidalasana və Marjariasana ilə eyni məna daşıyır və hər ikisi Pişik pozası deməkdir.

Asanalar Varyasyonların olub=olmamasından asılı olmayaraq hər bir əsas poza(duruş) üçün tək asana verilmişdir.

Beləliklə, Şirşasana üçün yalnız bir poza təsvir edilmişdir. Baxmayaraq ki, poza ayaqları bir-birindən ayrı və ya önə-arxaya hərəkət etdirməklə, bir ayağı yerə endirməklə, ayaqları nilufər duruşuna qatmaqla, ombanı bir tərəfə çevirməklə, əlləri fərqli formada yerə qoymaqla və s. ilə dəyişdirilə bilər.

İyengarın 1966-cı ildə "Yoqada İşıqlandırılması" əsas başlıq üzərində 15 versiyasını, məsələn Parivrttaikapada Şirşasana birləşmiş versiyasını sadalayır, burada təkcə ombanın deyil, həm də ayaqların ön və arxa hissələrinin birləşməsini də bildirir

. O vaxtdan bəri, bir çox başqa pozaların varyasyonları yaradılmışdır : onların adları burada qeyd edilmir."Yin Yoga" ekvivalent Yin variantlar üçündür : bunlar adətən ənənəvi (Yang) pozalarından bir qədər fərqlidir.

Hind tarixi mətnlərinə çatmaq olduqca çətindir.

AS = Ahirbudhnya Saṃhitā,7-ci əsr BaH = Bahr al-Hayāt,17-ci əsr DU = Darśana Upaniṣad,4-cü əsr GhS = Gheraṇḍa Saṃhitā,17-ci əsr GS = Gorakṣaśataka,10-cu əsr HAP = Hațhābhyāsapaddhati,18-ci əsr HR = Haṭha Ratnāvali,17-ci əsr HY = Hemacandra's Yogaśāstra,11-ci əsr HYP = Haṭha Yoga Pradīpikā,15-ci əsr JP = Joga Pradīpikā,18-ci əsr LoY = Light on Yoga,1966-cı il PL = Post-Light on Yoga PSV = Pātañjalayogaśāstravivaraṇa,8-ci əsr ShS = Śiva Saṃhitā,14-cü əsr ST = Śrītattvanidhi,19-cu əsr TB = Theos Bernard,1950-ci il TK = Tirumalai Krishnamacharya,1940-cı il V = Vimānārcanākalpa,10-cu əsr VM = Vivekamārtaṇḍa,13-cü əsr VS = Vāsiṣṭha Saṁhitā,13-cü əsr

İstinadlar