Girgentana keçisi — İtaliyanın Siciliya adasının cənubunda yerləşən Aqricento əyalətinə aid yerli keçi növü.Breed data sheet: Girgentana / Italy. Domestic Animal Diversity Information System of the Food and Agriculture Organization of the United Nations. Accessed May 2014.

Tarix Girgentana keçisi ilk dəfə 1930-cu ildə Arturo Maqliano tərəfindən təsvir edilmişdir.Arturo Magliano (1930). La capra girgentana. L'Italia agricola 67: 481–498. Növün mənşəyi dəqiq məlum deyil.Daniele Bigi, Alessio Zanon (2008). Atlante delle razze autoctone: Bovini, equini, ovicaprini, suini allevati in Italia (in Italian). Milan: Edagricole. . p. 362–63. Heyvanlar e.ə. 700-cü illərdə Yunan kolonistləri tərəfindən və ya eramızın VIII əsrdə Ərəb işğalçıları tərəfindən Siciliyaya gətirilə bilərdi. Yohann Volfqanq Amşler, Girgentana keçisini Leonard Vulleyin 1927–1928-ci illərdə Ur şəhərində qazıntılar zamanı aşkar etdiyi "Capra prisca" və "Ram in a Thicket" heykəlləri ilə eyniləşdirmişdir.Johann Wolfgang Amschler (1930). Über Capra aegagrus und Capra falconeri als Hausziegen im Kaukasus (in German). Archiv für Tierernährung und Tierzucht. 3: 307–338. Leopold Adametz isə bu növün mərkəzi Asiya keçi-antilopu olan markhor (Capra falconeri) ilə qohum olduğunu irəli sürmüşdür.Leopold Adametz (1932). Über die Stellung der Ziege von Girgenti im zootechnischen Systeme und ihre angebliche Herkunft von Capra falconeri (in German). Zeitschrift für Tierzüchtung und Züchtungsbiologie einschließlich Tierernährung 25: 231-236. . Bununla belə, bu fərziyyə yalnız buynuzların oxşarlığına əsaslanır, çünki Girgentananın buynuzları saat yönünün əksinə, markhorun buynuzları isə saat yönündə burulur.Valerie Porter, Lawrence Alderson, Stephen J.G. Hall, D. Phillip Sponenberg (2016). Mason's World Encyclopedia of Livestock Breeds and Breeding (sixth edition). Wallingford: CABI. .

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Keçi cinsləri