Dəniz qartalı və ya balıq qartalı — "Accipitridae" yırtıcı quşlar fəsiləsinin "Haliaeetinae" yarımfəsiləsinə aid olan quşlar.Etymology: Neo-Latin "sea eagle", from Ancient Greek (haliaetos) or (haliaietos, poetic (e.g. Homeric) variant), "sea eagle, osprey" (hali, "at sea" (dative case), + aetos, "eagle"). The two variant Greek forms lie behind the equally correct latinizations haliaetus (as in Pandion haliaetus) and haliaeetus.
Taksonomiya "Haliaeetus" cinsi ilk dəfə 1809-cu ildə Fransız təbiətşünası Jül Sezar Savigni tərəfindən "Description de l'Égypte" kitabının quşlarla bağlı hissəsində təqdim edilmişdir. 2005-ci ildə aparılan genetik tədqiqat nəticəsində "Ichthyophaga" cinsinə aid olan iki balıq qartalının "Haliaeetus" cinsinə aid olduğu müəyyən edilmişdir. Bu növlər tropik "Haliaeetus" növlərinə çox bənzəyir. Havay adalarının Maui adasından tapılmış qədim (yəni 1500-cü ildən əvvəl nəsli kəsilmiş) bir forma bu cinsdə olan bir növ və ya yarımnöv ola bilər. Bu cinsin digər cinslərlə qohumluğu daha az aydındır. Uzun müddətdir ki, onların morfologiyası və davranışına əsasən Milvus cinsinə (çalağanlar) yaxın olduğu düşünülürdü. Daha yeni genetik məlumatlar bunu təsdiqləyir, lakin onların Buteo cinsinə (şahinlər) də yaxın olduğunu göstərir ki, bu əvvəllər düşünülməmiş bir əlaqədir.
İstinadlar
Xarici keçidlər