Əbu Mənsur Əhməd ibn Əli ibn Əbu Talib Təbərsi (ərəb.ابومنصور احمد بن علی بن ابیطالب طبرسی) hicri VI əsr fəqih, ilahiyyatçı, şiə mühəddis, məşhur Əl-İhticac kitabının müəllifi.
Həyatı Onun dəqiq doğum və ölüm tarixləri məlum deyil. Şəhidi Əvvəl, Şeyx Hürr Amili, Seyid Məhəmməd Bəhrul-Ulum və “Rövdətul-Cənnət”in sahibi Seyid Məhəmməd Baqir Xansari kimi şəxsiyyətlər ona etimad göstərmiş, onu alim, fəzilətli, fəqih, etibarlı hədisçi kimi qələmə vermişlər. Onun məşhur tələbələrindən biri hicri VI əsrin böyük alimi İbn Şəhr Aşubdur.Seyid Muhsin Əmin, Əyanuş-şiə, c.3, səh.29Şeyx Hürr Amili, Əmalul-əmal, c. 2, səh. 17 Təbərsi Əbul Fütuh ər-Razi və “Təfsirul-Məcməul-Bəyan” kitabının müəllifi Fəzl ibn Həsən Təbərsinin müasiri idi. Əllamə Təbərsi təxminən 560-cı ildə vəfat etmişdir. Alimin məzarı Qaimşəhr şəhristanının Əfra kəndində yerləşir.
Əsərləri Əllamə Təbərsinin ən məşhur əsəri "əl-İhticac" kitabıdır. Əllamə Təbərsi bu əsərdə Peyğəmbər və İmamlardan, həmçinin bəzi şiələrdən nəql edilmiş elmi mübahisələri qeyd etmişdir.Əllamə Təbərsi, əl-İhticac, səh.4, Azərbaycan dilində Eyni zamanda əsərdə Şeyx MüfidinƏllamə Təbərsi, əl-İhticac, səh.845, Azərbaycan dilində və Seyid MürtəzanınƏllamə Təbərsi, əl-İhticac, səh.853, Azərbaycan dilində mübahisələrinə də yer verilmişdir. "əl-İhticac" kitabında təxminən 460 rəvayət mövcuddur.
Kitabın birinci cildi təxminən 145 hədis, ikinci cildi isə təxminən 315 hədis ehtiva edir.
Əsərdə sadəcə 460 rəvayətin olmağına baxmayaraq kitabdakı hədislərin həcmi çox böyükdür. Bu xüsusiyyətinə görə də digər hədis kitablarından hədislərin həcminə görə fərqlənir. "əl-İhticac" kitabı ehtiva etdikləri hədislərin tarixi əhəmiyyətinə görə də çox mühüm əsas təşkil edir. Bir çox tarixi məsələlər geniş şəkildə hədis olaraq nəql edilmişdir.
"əl-İhticac" kitabı Azərbaycan dilində tərcümə edilmiş və 2021-ci ildə nəşr edilmişdir. Kitabın 2 cildi bir yerdə tək kitab olaraq nəşr edilmişdir. Tərcümə Ramil Aslanlı tərəfindən aparılmışdır.
"Tarixul-əimmə" (İmamların Tarixi).
"Fəzailu-Zəhra əleyhissəlam".
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şiələr Kateqoriya:Şiə din xadimləri