Norveç meşə pişiyi (Norveç dilində: norsk skogkatt və ya norsk skaukatt) — Şimali Avropa mənşəli bir ev pişiyi növü.

Xüsusiyyətlər Güclü bədən quruluşuna malikdir və orta ölçülü pişikdən daha böyükdür. Dişilərin çəkisi 3,6–8 kq, erkəklərin çəkisi isə 4,5–9 kq arasında dəyişir. Növün uzun, möhkəm bədəni, uzun ayaqları və tüklü quyruğu var. Tük örtüyü uzun, qalın, parlaq və suya davamlı üst tük qatı ilə yun kimi alt tük qatından ibarətdir. Bu tük örtüyü, ayaqlarda, sinədə və başda ən qalındır. Baş uzundur və ümumi formada bərabərtərəfli üçbucağa bənzəyir. Gözlər badamşəkilli və əyridir, istənilən rəngdə ola bilər.Norwegian Forest Breed Standard . The International Cat Association. Published 1 May 2004. Accessed 26 March 2011. Qulaqlar böyük, geniş əsaslı və yüksək yerləşmişdir, ucları tüklüdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri Kateqoriya:Təbii pişik cinsləri