Villa Nobel — İtaliyanın San-Remo şəhərində yerləşən, vaxtilə Alfred Nobelə məxsus olan tarixi villa.
Tarixi Villa San-Remonun Korso Kavalotti rayonunda yerləşir. Onun ilk sahibi Rivolidən gələn farmasept Pietro Vakyeri olub. O, 1870-ci ildə boş torpaq sahəsini almış və 1871-ci ildə burada villa tikdirmişdir. Villanın memarı Filippo Qrossi olmuşdur. 1874-cü ilin 28 iyul tarixində Pietro Vakyeri villanı genuyalı cəngavər Latsaro Patroneyə satmışdır. 1891-ci ilin 24 aprel tarixində cəngavərin varisi Latso Fausto onu qonşuluqdakı villa sahibi vəkil Rossinin həyat yoldaşı xanım Roze Kassiniyə satmışdır. Növbəti gün villanı Alfred Nobelə satmışlar. 1892-ci ildə Nobel villanı tamamilə yenidən tikmək qərarına gəlmişdir və bu işi memar Pio Soliyə tapşırmışdır. Beləliklə, binaya yeni mərtəbə və mansard dam əlavə edilmişdir. Əvvəllər villa mavritan üslubunda tikilsə də, sonradan aparılan təmir-bərpa işləri onu daha da dəbdəbəli etmişdir. Buranı Alfred Nobel "Mio Nido" (mənim yuvam) adlandırmışdır. Alfred Nobel həyatının son illərini bu villada yaşamışdır. O, 10 dekabr 1896-cı ildə burada vəfat etmişdir.
Muzey kimi Hazırda villada Alfred Nobelin ev muzeyi yerləşir. 1968-ci ilin 19 yanvarında bu villanı San-Remonun Turizm Şurasına satmışlar. Bundan sonra binada təmir-bərpa işlərinə başlanılmışdır. 1973-cü ilin 30 iyul tarixində binanı və ətrafdakı parkı 258 milyon lirə ödəyərək San-Remo Turizm Şurası almışdır. 1993-cü ildə burada əsaslı təmir-bərpa işləri aparılmış və muzey yaradılmışdır. 2002-ci ilin 20 iyul tarixində rəsmən bütün işlərin bitdiyi elan olunmuşdur. Qalereya
İstinadlar
Xarici keçidlər
Villa Nobel Official Website—
Kateqoriya:İtaliya tikililəri