Cerald Rudolf Ford (ing. Gerald Rudolph Ford, doğum adı Lesli Linç Kinq, ing. Leslie Lynch King; 14 iyul 1913, Omaha, Nebraska, ABŞ — 26 dekabr 2006, Ranço-Mireyc, Kaliforniya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 38-ci prezidenti (1974–1977) və 40-cı vitse-prezidenti (6 dekabr 1973–9 avqust 1974).
Həyatı Cerald Ford 1913-cü il iyulun 14-də ABŞ-nin Nebraska şəhərində anadan olub.
1974–1977-ci illərdə ABŞ-nin 38-ci prezidenti olub.
C. Ford təxminən 25 il Miçiqandan Nümayəndələr Palatasında deputat seçilib.
1973-cü ildə Spiro Aqnyunun istefasından sonra prezident Riçard Nikson tərəfindən vitse-prezident təyin edilib.
Cəmi bir il sonra isə Uoterqeyt qalmaqalına görə prezident R. Niksonun istefasından sonra ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başlayır. Bununla da o, xalq tərəfindən seçilməyən ilk prezident və vitse-prezident kimi ABŞ tarixinə düşüb.
C. Ford 29 il eks-prezident statusunda qalsa da xələfi Quverin rekordunu qıra bilmədi. Lakin 2006-cı ilin sonunda ABŞ-nin ən uzunömürlü prezidenti kimi Ronald Reyqana məxsus olan rekorda sahib oldu.
C. Ford 2006-cı il dekabrın 26-da Kaliforniya ştatının Ranço Mireyc şəhərində vəfat edib.
Siyasi fəaliyyəti Savaşdan sonra 1949-cu ildə Miçiqan ştatının Təmsilcilər məclisinə seçildi. Müxalifət partiyasının liderliyinə qədər yüksəldi.1973-cü ildə Riçard Niksonun təyinatı ilə prezident köməkçisi oldu.1974 də watergate scandal ndan sonra Riçard Nikson istefa etdikdən sonra, prezident oldu. Prezindent olduqdan sonra Rİçard Niksona əff verərək həbs olunmasının qarşısını aldı. Bu hadisə amerika xalqı tərəfindən xoş qarşılanmadı. Prezidentliyi dövründə inflyasiya % 7-ə qədər yüksəldi. Bu müddətdə ABŞ öz əsgərlərini Vyetnamdan geri çəkdi. 1976 da Cerald Ford Respublikaçılar partiyasında yenidən namizəd oldu amma Cimmi Karter seçiklərdə onu üstələdi.
Xarici keçidlər Ağ Evin saytında Cerald Ford haqqında Qısa tərcümeyi-halı
İstinadlar
Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ vitse-prezidentləri Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:Masonlar Kateqoriya:Miçiqan Universitetinin məzunları Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:ABŞ prezidentliyinə namizədlər (1976) Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:Amerikalı masonlar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:İkinci Dünya müharibəsi