Amerikan körlü (Amerikan qıvrım qulaq pişiyi) — Qeyri-adi qulaqları ilə tanınan bir pişik növü.
Tarix 1981-ci ilin iyun ayında Leykvud, Kaliforniyada Ruga ailəsinin qapısında küçə pişiyi kimi peyda oldu. Qara rəngli dişi pişik "Şulamit", eyni qıvrım qulaqlara malik pişiklər doğdu və bu gün bütün Amerika qıvrım qulaq pişiklərinin əcdadı oldu. 1986-cı ildə ilk dəfə bir pişik sərgisində nümayiş etdirildi. 1992-ci ildə "The International Cat Association" (TICA) tərəfindən çempionat statusu aldı. 1999-cu ildə isə həm uzun, həm də qısa tüklü növləri ilə "Cat Fanciers' Association" (CFA) Çempionat Sinfinə qəbul edilən ilk pişik növü oldu.
İstinadlar
Kateqoriya:Pişik cinsləri