Osman Mert — Türk dilçi alim, professor. 2023-cü ildən Türk Dil Qurumunun prezidenti vəzifəsini icra edir. Qədim türk dili, epiqrafika və türk dünyası ilə bağlı araşdırmaları ilə tanınır.
Həyatı və təhsili Osman Mert Mersin vilayətinin Ərdəmli ilçəsində anadan olmuşdur. İbtidai və orta təhsilini burada başa vurmuşdur. 1994-cü ildə Atatürk Universitetinin Kazım Qarabəkir Təhsil Fakültəsinin Türk Dili və Ədəbiyyatı Təhsili Bölməsini bitirmişdir. Həmin il Atatürk Universitetində araşdırmaçı kimi akademik fəaliyyətə başlamışdır. 1996-cı ildə magistratura, 2002-ci ildə isə doktorantura təhsilini tamamlamışdır.
Akademik fəaliyyəti Osman Mert 2002–2004-cü illərdə Atatürk Universitetinin Kazım Qarabəkir Təhsil Fakültəsi Türk dili ixtisası üzrə bölmə müdirinin müavini vəzifəsində çalışmışdır. 2007–2008-ci tədris ilində Monqolustan Dövlət Universitetinin Xarici Dillər və Mədəniyyətlər Fakültəsinin Türkologiya Bölməsində fəaliyyət göstərmiş, eyni dövrdə monqol dili üzrə hazırlıq proqramını da tamamlamışdır.
5 yanvar 2011-ci ildə dosent, 24 mart 2016-cı ildə isə professor elmi adını almışdır.
Vəzifələri 2012–2016: Atatürk Universiteti Türkçə Tədris Mərkəzinin (ATATÖMER) müdiri 2012–2016: Orta Şərq və Orta Asiya-Qafqaz Tədqiqat və Tətbiq Mərkəzinin müdiri 2012–2016: Türk Araşdırmaları İnstitutunun direktor müavini 2020–2023: Atatürk Universiteti Türk Araşdırmaları İnstitutunun direktoru
Türk Dil Qurumunda fəaliyyəti 2019-cu ildə Türk Dil Qurumunun Elmi Şurasının üzvü seçilmişdir. 2019–2022-ci illər arasında:
Epiqrafika Elmi və Tətbiqi Qrupu Yazı Qaydaları Komissiyası Türkiyə Türkcəsinin Tarixi Lüğəti komissiyası Türk Dili Araşdırmaları İlliyi – Belleten redaksiya heyətində fəaliyyət göstərmişdir.
2022-ci ildən etibarən Epiqrafika Elmi və Tətbiqi Qrupunun rəhbəri kimi fəaliyyətini davam etdirir. Eyni zamanda Terminologiya Qrupu və Türk Dili Araşdırmaları İlliyi – Belletenin redaksiya heyətinin üzvüdür.
2023-cü ildə Türk Dil Qurumunun prezidenti vəzifəsinə təyin olunmuşdur.
Elmi layihələri və tədqiqat istiqamətləri Osman Mert bir çox yerli və beynəlxalq layihədə iştirak etmiş, xüsusilə türk dünyası yazıtları və mədəniyyəti sahəsində araşdırmalar aparmışdır. Əsas iştirak etdiyi layihələr bunlardır:
Gürcüstanda yaşayan türklərin keçmişi və bu günü (təhsil, dil, ədəbiyyat, tarix, etnologiya və səthi araşdırmalar) Türk mədəniyyətində yazı anlayışının inkişafı Cənubi Türküstan, Qafqaz və Avropadakı türk yazıtları Turfan və qonşu bölgələrdəki runik yazıları üzrə epiqrafik və fotoqrammetrik tədqiqatlar Çin, Orta Asiya türk respublikaları və Rusiyadakı yazılı abidələr üzərində aparılan tədqiqatlar “Türk Dünyası Vətəndaşlığı” adlı dərs proqramının hazırlanması Ərzurum–Naxçıvan İpək Yolu marşrutu boyunca yerləşən türk mədəniyyəti abidələri Beynəlxalq tələbələr üçün təhsil və sosial həyata uyğunlaşma üzrə bələdçi Müəllimliyə namizədlərin yerli şivə xüsusiyyətlərindən istifadə vəziyyətləri Mədəniyyətlərarası təhsil baxımından Türk Dünyası Vətəndaşlığı anlayışı
Türk Dövlətləri Təşkilatına bağlı Türk Universitetləri Birliyinin “Ali Təhsil Məkanı Formalaşdırma Təlimatı Hazırlığı Kommisiyası”nın üzvüdür.
Hal-hazırda Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Türk Dili və Ədəbiyyatı Bölməsinin Qədim Türk Dili kafedrasında müəllim kimi akademik fəaliyyətini davam etdirir.
İstinadlar
Kateqoriya:Türkiyə alimləri Kateqoriya:Türkiyə professorları