Yasin Nağı oğlu Babayev () — kimyaçı alim, professor, kimya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi.

Həyatı Yasin Babayev 1948-ci il iyunun 20-də Ordubad şəhərində anadan olub. 1965-ci ildə orta məktəbi, 1971-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 1967–1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-üzvi və fiziki kimya institutunda laborant, baş laborant və mühəndis vəzifələrində çalışıb.

1976-cı ildən etibarən əmək fəaliyyətini Naxçıvan Dövlət Universiteti ilə davam etdirib. 1978-ci ildə namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi, 2005-ci ildə isə doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1986-cı ildə dosent, 2010-cu ildə isə professor elmi adı alıb.

Elmi-pedaqoji fəaliyyəti 1987–1989-cu illərdə Elmi-tədqiqat bölməsinin rəisi, 1990–1999-cu illərdə Kimya kafedrasının müdiri, 1998–1999-cu illərdə magistratura üzrə məsul şəxs, 2000–2008-ci illərdə Təbiətşünaslıq fakültəsinin dekanı, 2008–2016-cı illərdə Regionun inkişaf problemləri elmi-tədqiqat laboratoriyasının müdiri olub.

167 elmi məqalənin, 4 kitabın (onlardan ikisi dərslikdir), 4 patentin müəllifidir. 3 fəlsəfə doktorunun elmi rəhbəri olmuşdur.

Həmçinin bax Naxçıvan Dövlət Universiteti

İstinadlar

Xarici keçidlər Naxçıvan Dövlət Universitetinin rəsmi saytı

Kateqoriya:2025-ci ildə vəfat edənlər Kateqoriya:Azərbaycan kimyaçıları Kateqoriya:Naxçıvan Dövlət Universitetinin müəllimləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları