Topbağ — Azərbaycan Respublikasının Qəbələ rayonunun Topbağ kənd inzibati ərazi dairəsində kənd. 3 iyul 1998-ci il tarixli 518-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Zalam kənd inzibati ərazi vahidinin Topbağ kəndi Yenikənd kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Topbağ kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Topbağ kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası Əsl adı Topabağdır. Yaşayış məntəqəsini inqilabdan əvvəl mövcud olmuş Vəndamdərə kəndinin əhalisi əvvəllər zoğal və fındıq bağları olan indiki sahədə salmışdılar. Oykonim topa (sıx) və bağ (ağaclıq) sözlərindən ibarət olub, "sıx ağaclığı olan kənd" mənasındadır. Ərazisində bir neçə övliyalar olduğuna görə kənd topa şəklində olan bu ziyarətlərdən adını götürüb.

Coğrafiyası və iqlimi Kənd Vəndam və Dəmiraparan çaylarının suayrıcında, Şəki, Qəbələ yaylasında yerləşir. Rayon mərkəzi ilə arası 30 km-dir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 532 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Kənddə 117 təsərrüfat və 460 hektar yararlı torpaq var. Əhalinin çoxu rayon mərkəzindəki yeni iş yerlərində çalışır. Fındıq bağları, əkin sahələri, heyvandarlıq əsas məşğuliyyət sahələridir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009. Suvarmada ərazidən axan dağ çaylarından istifadə edilir. İki artezian quyusu sakinləri içməli su ilə təmin edir. Əhalinin yarıdan çoxu telefondan istifadə edir.

Təhsil Kənddə 110 şagirdin təhsil aldığı məktəb mövcuddur. Yeni məktəb tikilib. Geniş futbol meydançası var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qəbələ rayonunun kəndləri