Uels teryeri — Həmçinin "Welshie" kimi tanınan, 1700-cü illərdə Uelsdə yaranmış və ilkin olaraq tülkü, gəmiricilər və porsuq ovu üçün yetişdirilən it cinsi.

Görünüş Başında, ayaqlarında və qarın hissəsində qəhvəyi rəngdə, belində isə qara və ya bəzən boz rəngdə olur. Dişilər bəzən tamamilə tünd qəhvəyi rəngdə ola bilər. Bu cins, orta ölçülü, möhkəm və yığcam quruluşlu bir itdir, boyu 39 sm, çəkisi 9,1-10 kq arasında dəyişir. Quyruğu 2006-cı ilə qədər adətən kəsilirdi, lakin bu təcrübə Birləşmiş Krallıqda qadağan edildikdən sonra dayandırıldı. Bədən quruluşu düzbucaqlıdır, uzun və "kərpicə bənzər" sifəti var. Bu forma, bığ və saqqal ilə formalaşır. Safqanlı itlərdə sifət daha oval və incə sümüklü ola bilər. Tükləri iki qatdan ibarətdir: alt tüklər izolyasiya edir, üst tüklər isə kir, yağış və küləkdən qoruyur. Uels teryerləri əsasən qara rəngdə doğulur və ilk il ərzində standart qara-qəhvəyi rəngə çevrilir. Quyruğu, kəsildikdən sonra yalnız 2.54 sm qədər uzun olur və ümumi görünüşə çox böyük təsir göstərmir. Tüklər tökülməsə də, qulluq edilmədikdə köhnə tüklər oyun və hərəkət zamanı təmizlənir. Qulluq edilməyən tüklər rəngini və quruluşunu itirə bilər. Uels teryeri, yığcam bir "Airedale" teryerinə bənzəyir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Teryerlər