Uneyzat Azizovna Meylanova (; ) — SSRİ və Rusiya linqvisti və ictimai xadimi, filologiya elmləri doktoru (1965), professoru, RSFSR (1975) və Dağıstan MSSR-nin əməkdar elm xadimi.

Həyatı Uneyzat Meylanova 1 may 1924-cü ildə (bəzi mənbələrə görə 1925-ci ildə) Dağıstanın hazırkı Süleyman-Stalski rayonunun Qasımkənd kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Süleyman Stalski adına Dağıstan Dövlət Pedaqoji İnstitutunun (indiki Dağıstan Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuş və Stalin təqaüdçüsü olmuşdur. İnstitutu bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda (Moskva) aspiranturaya göndərilmişdir.

1952-ci ildə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunda filologiya elmləri namizədi elmi dərəcəsi üçün dissertasiya müdafiə edərək ilk qadın alim olmuşdur. 1965-ci ildə Gürcüstan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunda "Ləzgi dialektologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1947-ci ildən Dağıstan Elmi Mərkəzinin Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda (İİAL DNM RAE) çalışmış, 1969–1990-cı illərdə isə institutun yazı olmayan dillər şöbəsinin müdiri olmuşdur. 1950–60-cı illərdə Süleyman Stalski adına Dövlət Pedaqoji İnstitutunda Dağıstan dilləri kafedrasının müdiri vəzifəsində çalışmışdır.

İki oğlu olmuşdur. nlardan biri, filologiya elmləri doktoru, professor Ənver Şeyxov Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutunun əməkdaşıdır.

Elmi fəaliyyəti Uneyzat Meylanova Dağıstanın ədəbi və yazı olmayan dillərinin qrammatikası, dialektologiyası və leksikologiyası sahəsində ixtisaslaşmışdır. Elmi-tədqiqat ekspedisiyaları təşkil etmiş, o cümlədən beynəlxalq elmi konfranslarda fəal iştirak etmişdir.

Dağıstan və Azərbaycanda yazılı olmayan ləzgi dillərinin tədqiqinə rəhbərlik etmişdir. Onun nəşr etdirdiyi "Buduqca-rusca lüğəti" baqulal, Bejta, Qinuq, qodoberi, Qubzib, Karata, Tindi, Xınalıq və Çamala dilləri üçün lüğətlərin tədqiqi və nəşrinə təkan vermişdir. Onun rəhbərliyi və iştirakı ilə Dağıstan dilləri üzrə müqayisəli-tarixi monoqrafiya hazırlanmış və nəşr edilmişdir.

Meylanova 200-dən çox elmi məqalə nəşr etdirmiş, ləzgi dilinin ilk akademik qrammatikasının yaradılmasına rəhbərlik etmiş və tam orfoqrafik lüğətin tərtibində iştirak etmişdir.

O, Avropa Linqvistik Atlası Komitəsinin rəhbəri və üzvü, "Dağıstan qadını" jurnalının baş redaktoru, Sovet qadınları Komitəsinin üzvü olmuşdur. SSRİ Elmlər Akademiyasının Ədəbiyyat və Dil Bölməsinin elmi şuralarına, Taraş Şevçenko adına Kiyev Universitetinin, Bakı Nizami adına Elmi-Tədqiqat İnstitutunun doktorluq dissertasiyaları müdafiə şuralarına, Dağıstan Dövlət Universitetinin və Kabardin-Balkar Dövlət Universitetinin namizədlik dissertasiyaları müdafiə şuralarına üzv seçilmişdir. Tbilisidə nəşr olunan "İberiya-Qafqaz dilçiliyi illiyi"nin redaksiya heyətinin üzvü olmuşdur.

Təltifləri "Böyük Vətən müharibəsi illərində igid əməyə görə" medalı (1943) "Qafqazın müdafiəsinə görə" medalı (1944) Sovet qadınları Komitəsinin qızıl medalı Asiya və Afrika ölkələri Həmrəyliyi Komitəsinin qızıl medalı RSFSR və Dağıstan Respublikası Ali Sovetləri Rəyasət Heyətinin, SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin səkkiz Fəxri Fərmanı A. S. Çikobava adına mükafat (1998) Rusiya Federasiyasının əməkdar elm xadimi Dağıstan Respublikasının əməkdar elm xadimi

Əsərləri Мейланова У. А. Типы образования повелительного наклонения глагола в лезгинском языке // Языки Дагестана. Вып. 2. Махачкала, 1954.- С. 264–271. Мейланова У. А. Функции эргативного падежа в лезгинском языке// Труды Института языкознания. Т. 3, 1954а. — С. 250–257. Мейланова У. А. Гилиярский смешанный говор и его место в системе лезгинских диалектов//Учен. Зап. ИИЯЛ. 1958. Т. 5. — С. 248–263. Мейланова У. А. Стальский говор лезгинского языка// Учен. Зап. ИИЯЛ. 1959. Т. 6. — С. 307–330. Мейланова У. А. Краткая характеристика гюнейского диалекта лезгинского * Мейланова У. А. Морфологическая и синтаксическая характеристика падежей лезгинского языка. Махачкала, 1960. — 181 с. Мейланова У. А. Морфологическая и синтаксическая характеристика падежей лезгинского языка. Махачкала, 1961 Мейланова У. А. Очерки лезгинской диалектологии. М., 1964. — 417 с. Мейланова У. А. О категории грамматического класса в лезгинском язы-ке//Учен. Зап. ИИЯЛ. Т. 10. 1964. — С. 282–297. Мейланова У. А. Лезгинский язык // Языки народов СССР. Т. IV. Иберийско-кавказские языки. М., 1967. — С. 528–544. Мейланова У. А. Гюнейский диалект — основа лезгинского литературного языка. Махачкала, 1970. — 193 с. Мейланова У. А., Талибов Б. Б. Конструкции предложения с переходно-непереходными глаголами в лезгинском языке // Вопросы синтаксического строя иберийско-кавказских языков. Материалы 4-й региональной сессии по историко-сравнительному изучению иберийско-кавказских языков. Нальчик, 1977. — С. 265–272. Мейланова У. А. Звуковые процессы в консонантной системе юго-западных говоров кубинского наречия лезгинского языка // Фонетическая система дагестанских языков. Махачкала, 1981. — С. 13–26. Мейланова У. А. Ареальные изменения и развитие некоторых разрядов местоимений в лезгинском языке // Местоимения в языках Дагестана. Махачкала, 1983. — С. 4–11. Мейланова У. А. Будухско-русский словарь. М., 1984. Мейланова У. А. Основные вопросы формирования и функционирования категории числа в лезгинском языке // Категория числа в дагестанских языках. Махачкала, 1985. — С. 52–59. Мейланова У. А. Вводные слова и обращение как распространители предложения в лезгинском языке// Ежегодник иберийско-кавказского языкознания. Т. 13. 1986.- С. 199–207, рез. груз., англ. Мейланова У. А., Ганиева Ф. А. К характеристике некоторых терминов животного мира в лезгинском языке//0траслевая лексика дагестанских языков: Названия животных и птиц. Махачкала, 1988. — С. 5–13. Мейланова У. А., Ганиева Ф. А. Характеристика наименований деревьев и кустарников в лезгинском языке//Проблемы отраслевой лексики дагестанских языков: Названия деревьев, трав, кустарников. Махачкала, 1989. -С. 5–15. Мейланова У. А. Особенности выражения будущего времени в лезгинском языке// Выражение временных отношений в языках Дагестана. Махачкала, 1990. — С. 32–36. Мейланова У. А. Ещё раз о категории грамматического класса в лезгинском языке // Проблемы сравнительно-исторического исследования морфологии языков Дагестана. Махачкала, 1992. — С. 87–92. Мейланова У. А. К истории терминов животного мира в лезгинском языке // Ежегодник иберийско-кавказского языкознания. Т. 2. — С. 222–227, рез. груз., англ.. Мейланова У. А., Талибов Б. Б. Преруптивы в консонантной системе лезгинского языка//Ежегодник иберийско-кавказского языкознания. Т. 14. — С. 263–269, рез. груз., англ. Мейланова У. А., Талибов Б. Б. Кубинское наречие как промежуточное звено в системе лезгинских диалектов// Диалектологическое изучения дагестанских языков. Махачкала, 1992. — С. 118–128. Мейланова У. А., Талибов Б. Б., Шейхов Э. М. Структурно-морфологическая характеристика лезгинской топонимической номенклатуры на территории Азербайджана// Дагестанская ономастика: Материалы и исследования. Вып. 2/ ИЯЛИ ДНЦ РАН. Махачкала., 1996. — С. 67–72.

Mənbə

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:Rusiya dilçiləri Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:RSFSR-in əməkdar elm xadimləri Kateqoriya:Rusiya Elmlər Akademiyası Dilçilik İnstitutunun alimləri