Seftriakson — bir sıra bakterial xəstəliklərin müalicəsində istifadə olunan üçüncü nəsil sefalosporin antibiotiki.
Preparatın təsir spektrinə orta qulaq infeksiyaları, endokardit, meningit, pnevmoniya, sümük və oynaq infeksiyaları, qarındaxili infeksiyalar, dəri infeksiyaları, sidik yollarının infeksiyaları, qonoreya və çanaq orqanlarının iltihabi xəstəlikləri daxildir. Bəzən əməliyyatdan əvvəl və dişləmə yarasından sonra infeksiyanın qarşısını almaq üçün istifadə olunur. Seftriakson venadaxili və ya əzələdaxili inyeksiya şəklində ilə təyin edilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Antibiotiklər Kateqoriya:Dərmanlar Kateqoriya:Dərmanlar Kateqoriya:Ümumdünya Səhiyyə Təşkilatının əsas dərman vasitələri Kateqoriya:Tiazollar