Şotland teryeri — Daha çox "Skotti" adı ilə məşhur olan Şotlandiyaya aid it cinsi. Əvvəlcə "Skay teryeri" adı altında qruplaşdırılan Yüksək dağlıq teryer cinslərindən biri idi və Şotlandiyada yaranmış beş teryer cinsindən biridir. Digər dörd cins isə müasir "Skay", "Kern", "Dendi Dinmont" və "Vest Haylend Vayt" teryerləridir.

Görünüş Kiçik, kompakt, qısa ayaqlı və möhkəm bədən quruluşuna malik bir teryerdir. Onların sərt, hava şəraitinə davamlı üst tükləri və yumşaq alt tükləri var. Kiçik, badam şəklində, parlaq gözləri və iti qulaqları diqqət çəkir. Ümumiyyətlə, erkək Şotland Teryeri 8.5–10 kq, dişi isə 8–9.5 kq çəkidə olur. Tükləri qara, boz və ya buğda rəngində ola bilər. Alt bədənlərində və ayaqlarında daha uzun tüklər olur ki, bu da "Skotti ətəyi" adlanır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Teryerlər