Böyükdimdik sterna () — Qağayılar fəsiləsinə aid quş növü. Cənubi Amerikada yaşayırlar. Ümumi məlumat Cənubi Amerikanın əksər hissəsində (And dağlarının şərqində və Pampasın şimalında) rast gəlinir. Bermud adaları, Kuba, Panama və ABŞ ərazisində qeydə alınıb. Təbii yaşayış yerləri çaylar və şirinsu gölləridir.

Taksonomiya Böyükdimdik sterna 1789-cu ildə alman təbiətşünası Yohann Fridrix Gmelin tərəfindən Karl Linneyin "Systema Naturae" əsərinin yenidən işlənmiş və genişləndirilmiş nəşrində rəsmi şəkildə təsvir edilib. Gmelin onu digər sternalarla birlikdə "Sterna" cinsinə daxil etmiş və "Sterna simplex" binominal adını vermişdir. Gmelin təsvirini 1785-ci ildə ingilis ornitoloq Con Latham tərəfindən Fransız Qvianasının Kayenna şəhərindən toplanmış nümunə əsasında yazılmış "A General Synopsis of Birds" kitabında təsvir edilən "sadə sterna"ya əsaslanıb. Böyükdimdik sterna indi 1832-ci ildə alman təbiətşünası Yohann Georq Vaqlər tərəfindən təqdim edilən "Phaetusa" cinsinə daxil edilən yeganə növdür. Cins adı yunan mifologiyasından gəlir.

Təsviri Böyükdimdik sterna böyük, qısa quyruqlu və böyük sarı dimdiyi olan bir sternadır. Ümumi uzunluğu təxminən 38 sm, çəkisi isə 208–247 qram arasındadır. Başının üstü və yanaq lələkləri qara, üst hissələri boz, ikinci dərəcəli lələkləri, əsas örtükləri, göz ətrafı və alt hissələri ağ rəngdədir. Ayaqları və pəncələri sarıdır. Çoxalmayan yetkin fərdlərin başının üstü və alnı daha açıq rəngdədir. Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:İohann Fridrix Gmelin tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:1789-cu ildə təsvir edilən quşlar