Kadusey (latınca: cādūceus, qədim yunan dilində: κηρύκειον (kērū́keion) “xəbərdarlıq çubuğu və ya qamışı”) — Yunan mifologiyasında Hermesin daşıdığı əsa. Sözügedən əsa, eyni zamanda Misir mifologiyasında Hermes Trismegistus tərəfindən də daşınır. Bu əsa, iki ilanla sarılmış, bəzən qanadlarla təsvir edilir. Roma təsvirlərində isə o, tanrıların xəbərçisi olan Merkurinin sol əlində təsvir olunur.

Mifoloji əlaqələr

"Homer nəğmələri" toplusunda, Hermesin qardaşı Apollonun, onun həzin musiqisini dinləyərək sehrlənməsindən bəhs olunur. Buna görə Apollon, Hermesə dostluq nişanəsi olaraq kaduseyi hədiyyə edir. Bəzi miflərə görə, Hermes döyüşən iki ilanı ayırır və aralarında sülhü təmin edir. Bundan sonra əsaya sarılmış iki ilan simvolu ona bəxş olunur. Kadusey həmçinin Tiresiasın hekayəsi ilə əlaqələndirilir, burada Tiresias iki ilanı öldürür və bunun nəticəsində qadına çevrilir, lakin yeddi il sonra eyni hərəkəti təkrarlayaraq yenidən kişiyə çevrilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Simvollar Kateqoriya:Piktoqramlar Kateqoriya:İlanlar incəsənətdə Kateqoriya:Hermetizm Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Sülh simvolları Kateqoriya:Dində ilanlar