Zərgərpalan hamamı — Bakı şəhərində yerləşən yerləşən XIX əsrə aid tarixi-memarlıq abidəsi, hamam.
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Zərgərpalan hamamı 1899-cu ildə yerli sahibkar tərəfindən Zərgərpalan küçəsində tikilib. 1937-ci ildə Stalin repressiyaları dövründə hamamın sahibi repressiyaya məruz qalıb. Mülkiyyətində olan hamam isə müsadirə olunub. Binanın təyinatı dəyişdirilib, hamamın binasında dəmirçi-misgər emalatxanası və güzgü sexi fəaliyyət göstərib. Bu dövrdə abidənin interyerinə müdaxilələr olub. 1995-ci ilə qədər binada emalatxana yerləşib. 1995-ci ildə hamamın binası özəlləşdirilib.
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2024-cü ilə qədər istifadəsiz qalan hamamda sentyabr ayından etibarən "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi tərəfindən arxeoloji qazıntılar aparılıb. Qazıntılar nəticəsində hamamın əsl girişi, zalın mərkəzində fəvvarənin qalıqları, əşyaları qoymaq üçün oyuqlar və kanalizasiya xətləri aşkarlanıb.
Hamamda konservasiya işləri bitdikdən sonra 2025-ci il iyulun 15-də binada aparılan arxeoloji tədqiqatlar haqqında təqdimat keçirilib və hamamın açılışı baş tutub.
Şəkilləri
İstinadlar
Xarici keçidlər
Bakı hekayələri: Zərgərpalan hamamı / Irada Gadirova Tarixi Zərgərpalan hamamının sirləri / Sabahın Xeyir Azərbaycan Kateqoriya:Bakı hamamları Kateqoriya:1899-cu ildə tamamlanmış binalar və tikililər