Zinyət Əliheydər qızı Əlizadə () — azərbaycanlı dilçi alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi.

Həyatı Zinyət Əlizadə 26 dekabr 1922-ci ildə anadan olmuşdur. 1941-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Elmi fəaliyyəti 1951-ci ildən etibarən BDU-da müəllimlik fəaliyyətinə başlamışdır. 1963-cü ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır.

Zinyət Əlizadə 150-dən artıq elmi məqalənin və 4 kitabın müəllifidir. Onun aşağıdakı monoqrafiyaları çap olunmuşdur: Müasir Azərbaycan dilində modal sözlər Azərbaycan atalar sözləri və zərb məsəllərinin leksik-semantik xüsusiyyətləri Azərbaycan atalar sözlərinin həyatı

Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələrdə keçirilən türkoloji qurultaylarda və elmi konfranslarda fəal iştirak etmişdir. Onun rəhbərliyi ilə bir neçə namizədlik dissertasiyası müdafiə olunmuşdur.

İstinadlar

Kateqoriya:Azərbaycan dilçiləri