thumb|Putin və Bastrikin
Silovik () — Rusiyada keçmiş kəşfiyyat (KQB), təhlükəsizlik və təhlükəsizlik orqanlarının əməkdaşları kimi xidmət etmiş siyasətçilərə və bürokratlara verilmiş ad. Vladimir Putin və Boris Yeltsinin hakimiyyətləri dövründə onlar dövlət vəzifələrinə, xüsusən də xarici əlaqələr və təhlükəsizliklə bağlı vəzifələrə yerləşdirilmişdirlər.William Safire on the Siloviki Onlar müntəzəm olaraq Qərb qəzetləri tərəfindən mühafizəkar və əsasən konspirasiya nəzəriyyələrinə inanan (məsələn: Qərb dövlətlərinin Rusiya Federasiyasını məhv etmək üçün xüsusi planlarının olması kimi) şəxslər kimi səciyyələndirilirlər.The Siloviki in Putin's Russia: Who They Are and What They Want, Washington Quarterly, Winter 2007The Exile on Russia's brewing "Silovik war"
Siloviklər Rusiya hökumətinin bütün sahələrində aktiv deyildirlər. Onlar əsasən xarici əlaqələr və təhlükəsizliklə əlaqədar olan məsələlər üzərində işləyirlər.
Etimologiyası
Siloviki () termini hərfi mənada "gücü olan adamlar" və ya "güclü adamlar" (Rus dilindən tərcümədə сила, "güc" və ya "qüvvət" deməkdir) kimi tərcümə olunur. Bu termin, Boris Yeltsin erasının əvvəllərində (1990-cı illərin əvvəlləri) hərbi uniformalı xidmətləri, yəni hərbi, polis (Daxili İşlər Nazirliyi), milli təhlükəsizlik (FSB) və bəzi digər strukturları ifadə etmək üçün istifadə olunan "güc institutları" () ifadəsindən yaranmışdır.For example:
Buna oxşar olan digər termin isə "sekkurokrat"dır (hüquq-mühafizə və kəşfiyyat orqanlarının əməkdaşları). Daniel Treysman öz növbəsində "silovarx" (silovik və oliqarx) terminini təklif etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Brian D. Taylor. (2017). The Russian Siloviki and Political Change. Daedalus (journal).
Routledge Handbook of Russian Politics and Society
Xarici keçidlər
William Safire on the Siloviki "The Siloviki in Putin's Russia: Who They Are and What They Want", The Washington Quarterly, Winter 2007 The Exile on Russia's brewing "Silovik war" "Russian ex-spies flex their muscles", BBC News
Kateqoriya:Rusiyada siyasət Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:Rusiya Silahlı Qüvvələri Kateqoriya:İdeologiyalarına görə terminologiya