— Eyiçiro Odanın eyniadlı manqası əsasında çəkilən serial. Serial "Netflix", "Tomorrow Studios" və "Shueisha" şirkətləri tərəfindən istehsal olunur.

Birinci mövsüm "Netflix" saytında 31 avqust 2023-cü ildə buraxılmışdır. Serial həm fanatlar, həm də tənqidçilər tərəfindən müsbət qəbul olunub. "One Piece" 2023-cü ilin ikinci yarısında ən çox izlənilən "Neftlix" şousu olmuşdur (fərdi serial mövsümləri içərisində). Birinci mövsümün buraxılmasından 2 həftə sonra ikinci mövsüm anons edilmişdir. İkinci mövsümün çəkilişləri 2024-cü ilin iyunuda başlamışdır 2026-cı ildə buraxılması planlaşdırılır. 2025-ci ilin avqustunda üçüncü mövsüm anons edilmişdir.

İstehsal 2017-ci ildə "Weekly Shōnen Jump" jurnalının redaktoru Hiroyuki Nakano "Tomorrow Studios" və "Shueisha" şirkətlərinin One Piece manqasının 20 illik yubileyi münasibətilə ABŞ serialı istehsal edəcəklərini açıqlamışdır.

2020-ci ilin yanvarında Eyiçiro Oda birinci mövsümün on seriyadan ibarət olmalı olduğunu açıqlamışdır. 20 mayda prodüser Marti Adelstayn çəkilişlərin həmin ilin avqustunda Cape Town Film Studios-da başlamalı olduğunu, lakin COVID-19 pandemiyasına görə çəklişlərin sentyabra qədər təxirə salındığını bildirmişdir. O, müsahibəsində serialın 10 seriyasının ssenarisinin artıq yazıldığını və aktyor seçimlərinin iyul ayında başlayacağını açıqlamışdır. Lakin layihənin icraçı prodüseri və ssenari müəllifi Mett Ouens sentyabrda aktyor seçimlərinin hələ də başlamadığını demişdir.

Serialın istehsalı 2021-ci ilin martında Stiven Maedanın başçılığı altında Project Roger adı ilə yenidən başlamışdı. Həmin ay pilot seriyasının rejisorunun Mark Cobst olacağı açıqlanmışdır. 2022-ci ilin fevralında layihənin yaradıcı rejisoru və brendinin dizaynerinin Arisu Kaşivaqi olacağı anons edilmişdir.

Manqa ilə müqayisədə dəyişikliklər 2023-cü ilin iyulunda Oda açıq məktubunda yazmışdı ki, bir sıra çəkilmiş səhnələr "dünyaya təqdim ediləcək qədər yaxşı deyil". Bu səbəbdən həmin səhnələr yenidən çəkilmişdir. Bundan əlavə, o, Liffinin replikalarının personajla uyğunlaşmadığını qeyd etmişdir. Lakin Qodoyun performasını izlədikdən sonra fikrini dəyişmişdir. Oda "The New York Times" üçün verdiyi müsahibəsində qeyd etmişdir ki, manqa ilə müqayisədə serialda daha çox dialoq olur, çünki manqada illüstrasiyalar üçün daha çox yer lazımdır. Keçmiş oxşar adaptasiyaların uğursuzluğu səbəbilə bu layihə ilə bağlı narahat olub olmadığı barədə verilən sualı Oda "sevindiricidir ki, mən qanə qalmadığım müddətcə Netflix serialı buraxmamağa razı olub. Mən ssenariləri oxudum, qeydlərimi təqdim etdim və materialın düzgün şəkildə uyğunlaşdırıldığından əmin olmaq üçün qoruyucu it rolunda çıxış etdim" formasında cavablandırmışdır.

İstinadlar

Kateqoriya:One Piece Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:Manqalara əsaslanan televiziya verilişləri Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları