Aristotel (, tarixi mənbələrdə Ərəstuhttps://vk.com/doc18066328_459853124 Sultan-Məcid Qənizadə, Azərbaycanca-rusca lüğət (Татарско-русский словарь), 1904, Bakı (s.8)https://vk.com/doc18066328_462261043 Sultan-Məcid Qənizadə, Rusca-azərbaycanca lüğət (Русско-татарский словарь), 1909, Bakı (s.13); ) — qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim, Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Şərq ölkələrində və Azərbaycanda "Ərəstun" adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilmişdir.
Həyatı thumb|left|Aristotel məktəbi. Miyeza, Makedoniya, Yunanıstan. Aristotelin həyatı dörd əsas dövrə bölünür: Makedoniyada uşaqlıq və gənclik illəri (384–367), 1-ci Afina dövrü (367–335), səyahət illəri (347–335) və 2-ci Afina dövrü (335–323). Aristotelin atası Nikomax Stagira şəhərindən (Aristotelin "Stagirit" ləqəbi bu şəhərin adı ilə bağlıdır), Asklepiadlar (yunan təbiblərinin himayəçisi Asklepinin) nəslindən idi və Makedoniyalı İsgəndərin babası, II Filippin isə atası, Makedoniya çarı III Amintanın saray həkimi olmuşdur. Bu, Aristotelin biologiyaya və təbiət aləminə canlı marağını, ümumiyyətlə, gələcək taleyini, tanışlıq dairəsini, siyasətə meylini müəyyənləşdirmişdir. Ehtimal ki, Aristotel uşaqlıq illərini də zadəgan həmyaşıdları arasında, Makedoniya çarlarının Pelladakı iqamətgahında keçirmişdir. Erkən yaşlarında valideynlərini itirmiş Aristoteli dayəsi Atarneyli Proksen 17 yaşında (367) Afinaya oxumağa göndərmişdir. Afinada Aristotel Platon Akademiyasının üzvü olmuş və 20 il, Platonun vəfatına (347) kimi Akademiyada qalmışdır. Rəvayətə görə, Platon Aristoteli şagirdləri içərisində fərqləndirmiş, onu auditoriyanın "ağlı", yaşadığı otağı isə kinayə ilə "oxucu evi" adlandırmışdır. Baxmayaraq ki, müəllimi Platon canlı dialoqu həyatdan uzaq alimlikdən daha üstün tuturdu, onun şagirdi Aristotel dövrünün ən yaxşı elmi kitabxanalarından birini yaratmışdı. Platonun ölümündən sonra Aristotel Ksenokratla birlikdə Afinanı tərk edərək Kiçik Asiyaya, Troadaya köçür və burada Akademiyaya rəğbət bəsləyən Atarney tiranı Hermi onları Assos şəhərində məskunlaşdırır. Orada Aristotel Herminin qohumu Pifiada ilə evlənir. 344-cü ildə Aristotel Troadadan Lesbos a.-ndakı Mitilenə köçür və burada Teofrast Mitilenli onun sədaqətli şagirdi və dostu olur. Troada və Lesbosun faunası Aristotelin biologiyaya dair əsərlərində əksini tapmışdır. 343-cü ildə II Filippin dəvəti ilə Aristotel Makedoniyaya qayıtmış və 340-cı ilə kimi gənc şahzadə İsgəndərin müəllimi olmuşdur. 335-ci ildə Afinaya gələn Aristotel burada özünün Likey (Likeyli Apollonun meşəsi və eyniadlı gimnazinin adından) və ya Peripatos (Aristotelin mühazirələr oxuduğu "örtülü qalereya") kimi tanınmış fəlsəfə məktəbini açmışdır. 323-cü ildə, Makedoniyalı İsgəndərin ölümü ilə əlaqədar Afinada yaranmış antimakedoniya qarışıqlığı nəticəsində Aristotel anasının Xalkidadakı malikanəsinə qaçmağa məcbur olmuş, çox çəkmədən burada vəfat etmişdir.
Aristotel Frakiyanın Stagira şəhərindən idi. Platonun tələbəsi olmuş, müəlliminin ölümündən sonra bir müddət Kiçik Asiyada yerləşən Atarne, sonra isə Militena şəhərində yaşamışdır. Gənc yaşlarından elmə və fəlsəfəyə böyük maraq göstərmişdir.
Aristotel e. ə. 367-ci ildə Afinaya köçmüş, Platonun Akademiyasında fəaliyyət göstərmişdir. E.ə. 343-cü ildə Makedoniya kralı Filippin dəvəti ilə Makedoniyaya köçmüş, onun sarayında gənc şahzadə Aleksandrın (Makedonlu İskəndərin) müəllimi olmuşdur. M. ö. 335-ci ildə Afinaya qayıtmış, orada Likeion (yun. Λύκειον) adlanan öz fəlsəfi məktəbini açmışdır. Onu "Peripatetik" (ərəbcə "məşşai") məktəb də adlandırırlar. Yaxınlığında yerləşən yunan tanrısı Likeionlu Apollonun adı ilə adlanmışdır. Latınca "lyceum" (liseum) kimi səslənir. Günümüzdə "liseylər" adlanan məktəblər Aristotelin likeionunun adını daşıyır.
Aleksandrın ölümündən sonra Afinada makedoniyalıların tərəfdarlarını təqib etməyə başlamışlar. Ona görə Aristotel m. ö. 322-ci Euboia adasında yerləşən Xalkida şəhərinə köçmüş və orada vəfat etmişdir.
Fəlsəfəsi
Platonun tənqidi Aristotel Platonun ideyalar haqqında təlimini tənqid etmişdirAristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801, pp. 19–22.. O demişdir:
thumb|upright|Aristotelin fəlsəfəsi Aristotelə görə ideyalar və gerçək dünya bir-birindən fərqli məkanlarda mövcud ola bilməz. Çünki, bir şeyin kölgəsi başqa məkanda deyildir. Onların hər ikisi bir yerdə olmalıdırlar. Ona görə də, onlar birlikdə vəhdət təşkil edirlər.
Eyni zamanda, Platonun ideyaları bu dünyadakı hərəkəti, eləcə də şeylərin və canlıların yaranması, inkişafı, məhv olması və ölümünü izah etmir. Çünki, onlar (ideyalar) gerçək aləmdən uzaq olan başqa aləmdədirlər və daha çox sükunəti təcəssüm etdirirlər. Bundan başqa Platonun nəzəriyyəsi dünyadakı şeylərin dərk olunmasını imkansız edir, çünki onların əsl mahiyyəti özlərində deyil, bizim duymadığımız ideyalarda olur.Асмус В. Ф. Античная философия . М.: Высшая школа, 1976, s. 267–268.
Aristotel etikası Platonun mütləq nemətlər ideyasına əsaslanan idealist etikasını inkar edir. Etika siyasət elminin bir hissəsi olaraq, insanın davranışı, emosiyaları, ehtirasları və xoşbəxtlik (evdemoniya) əldə etməsi ilə əlaqədar onun əxlaqi xarakterini araşdırır. Bu məqsədi "hərəkət" (praksis) olan praktiki elmdir. Nəzəri elmlərdən fərqli olaraq, etika və siyasət səhvsiz dəqiqliyə iddia edə bilməzlər. Etikanı sırf nəzəri cəhətdən bilmək faydasızdır: etikaya dair mühazirələri dinləyənlər artıq əxlaqi cəhətdən tərbiyəli olmalı və həyatda nəyin yaxşı, nəyin pis olduğunu (faktoloji bilik) bilməlidirlər; yalnız belə halda onlar nəzəri səviyyəyə qalxar və bunun niyə belə olduğunu anlaya bilərlər (səbəbin elmi cəhətdən başa düşülməsi). Platonun vahid mütləq nemətlər konsepsiyasının (xeyirxahlıq ideyasının) əksinə olaraq, Aristotel müxtəlif elmlərin və praktiki sənətlərin son məqsədi olan nemətlər çoxluğunu qəbul etmişdir. Tam xoşbəxtlik üçün təkcə ləyaqət bəs etmir: minimum "xarici" nemətlər (sosial status, sağlamlıq, gözəllik, övladın olması və s.) lazımdır. Xoşbəxtliyin zəruri şərtlərindən biri dostluqdur. Aristotelə görə dostluğun üç növü olur: 1) həzz naminə, 2) fayda naminə və 3) nəciblik naminə; yalnız, nəcib dostluqda dost vasitə yox, məqsəd "başqa Mən"dir və ona "onun özünün xatirinə" xeyir arzu olunur. Ləyaqətlər etik (xarakter ləyaqəti) və dianoetik (intellektual) olur: birincilər nəfsin irrasional (emosional), ikincilər rasional hissəsinə uyğun gəlir.
Aristotel poetik bilik sahəsinə aid etdiyi poetika və ritorikanın əhəmiyyətini də yüksək qiymətləndirirdi. Platon poeziyanı ideal polisdə vətəndaşların əxlaqi tərbiyəsinə maneə kimi pisləyirdisə, Aristotel bunun əksinə, "Poetika"da poeziyanın tərbiyəvi əhəmiyyətini katarsis, yaxud təmizlənmə nəzəriyyəsinin köməyi ilə sübut etməyə çalışırdı: qəhrəmanın ehtirasları ilə həyəcanlanmaq dinləyicidə, Platonun hesab etdiyi kimi, ehtirasları qızışdırmır, əksinə, qorxu və cılız hisslərdən "təmizlənmə"yə gətirib çıxarır və bununla da nəfsin harmoniyasını bərpa edərək etosa müsbət təsir göstərir.
Aristotelə görə, ritorika, poetika kimi yaradıcı elm, tətbiqi dialektikadır və məqsədi, konkret səbəbdən asılı olmayaraq, kütləvi auditoriyanı inandırmağın yollarını axtarmaq və formalaşdırmaqdır. Ritorika üç növə bölünür: gələcəyə aid qərarların qəbulu ilə bağlı məşvərətçi, yaxud siyasi ritorika (xalq yığıncağında); keçmişdə törədilmiş hərəkətlərin qanuniliyinə, yaxud qeyri-qanuniliyinə aid olan məhkəmə ritorikası; sanki indiki zamanda baş verən və mənəvi cəhətdən bəyənilməli, yaxud pislənilməli hadisələri şərh edən epideyktik ritorika. İnandırmanın üç başlıca vasitəsi var: natiqin xarakteri; auditoriyanın emosional vəziyyəti; real, yaxud ehtimali sübutları ehtiva edən dəlillər. Aristotel inandırmanın ən effektiv vasitəsi kimi nümunələrə əsaslanan dəlilləri (induktiv sübutun ritorik analoqu), ya da ritorik silloqizmi, yaxud entimemanı hesab edirdi.
Fəlsəfi fikrin sonrakı inkişafına təsir gücünə görə Aristotel irsi fəlsəfə tarixində müstəsna əhəmiyyətə malikdir (bax Aristotelizm). Aristotelin yaratdığı anlayışlar aparatı dünya fəlsəfi və intellektual leksikonunu zənginləşdirmişdir ("materiya və forma", "imkan və gerçəklik", "nəzəriyyə və praktika" və s. anlayışlar); müasir elmi təfəkkür üslubunun özü (mövzunun tarixi, "problemin qoyuluşu", lehinə və əleyhinə arqumentlər, "qərar" və s.) Aristotel metodologiyasına dayaqlanır.
"İlk mühərrik" haqqında Bu səbəblər üzündən Aristotel varlığı başqa cür təsəvvür edirdi. Onun fikrincə hər şeyin əsasında hər zaman var olan materiya durur. O elə cansız və ruhsuz bir maddədir ki, ondan hər şeyi yaratmaq mümkündürAristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801, pp. 90–92.. Bu yaradılış prosesini də "İlk mühərrik" (yun. τὸ πρῶτον κινοῦν) adlanan bir başlanğıc həyata keçirdir. Aristotel onun varlığını hərəkətin varlığı ilə əsaslandırmışdır, çünki bir şey hərəkətdədirsə onda bu hərəkətə təkan verən olmalıdır. Hər şeyi hərəkətə gətirən "İlk mühərrikin" özü isə hərəkətsizdirФизика // Аристотель. Сочинения в четырех томах / Том 3 . Перевод В. П. Карпова: М. Мысль, 1981, s. 372.. O materiyanı canlandırır və ondan bitki, heyvan və insanlar kimi canlılar yaradırAristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 166.. Bu dulusçunun gildən düzəltdiyi müxtəlif şeylərə bənzər bir prosesdir. Məsələn, "İlk mühərrik" ilkin olaraq insanın formasını və ya Platonun ifadəsi ilə desək, onun ideyasını düşünür. Sonra ona öncə düşündüyü görkəmdə bədən verir və bununla da insan yaranmış olur. Bütün dünya və kainat əslində maddədən (materiyadan) ibarətdir. Beləliklə, Aristotelin istifadə etdiyi "forma" anlayışı, Platonun "ideyasına" çox yaxın məna daşıyır.
Aristotelə görə "İlk mühərrik" insanların ibadət etdiyi tanrı deyildir. O maddə də deyil, "Əqldir" (yun. νοῦς). Platonun Demiurqosundan fərqli olaraq, Aristotelin "İlk mühərriki" ideyalardan kənar olan bir gerçəklik kimi qəbul edilir. O hər zaman fəaliyyətdədir və cansız materiyaları formalaşdırır. Bu fikirlər sonralar xristian və müsəlman fəlsəfəsində də istifadə edilmişdir.
Aristotelin metafizika anlayışı Aristotel "metafizika" sözünü birbaşa işlətməsə belə, mənaca bu anlayışın əsasını qoyan ilk filosof kimi tanınmışdır. Metafizika fəlsəfənin predmeti olaraq təbiət üstü aləmlə bağlı problemlər haqqında təsəvvürlərdir. Metafizika həm də dialektikaya qarşı durur. Metafizikanı fəlsəfənin predmeti kimi ilk dəfə fəlsəfi ədəbiyyata daxil edən və onun ilkin anlamını verən də Aristotel olmuşdur.