thumb|Qarpız steykləri. Qarpız steyki – bişirilmiş qarpız dilimləri. Bəzi kulinariya kitablarında qarpız steyki vegetarianlar üçün ətin alternativi kimi təqdim olunur. Lakin qarpızın tərkibində ətdə olan zülallar və digər qidalı maddələr olmadığı üçün ənənəvi steyk kimi bəsləyici bir yemək deyil.
Hazırlanması Qarpız dilimlərindən steyk hazırlamaq üçün qril, qızartma, bişirmə və qovurma kimi üsullardan istifadə olunur. Üsuldan asılı olaraq bişirmə prosesi bir neçə dəqiqədən 2 saata qədər davam edə bilər. Bişirmə prosesi zamanı qarpızın tərkibindəki su buxarlanır, qarpızın dadı və quruluşu kəskinləşir, qarpız yumşaq vəziyyətdə qalır.
Quruluş və dad Qarpız bişirildikdə qarpızın teksturası çiy balıq ətini xatırladır. "Boston Phoenix" yazarı Robert Nadeau qril edilmiş qarpızı çiy tuna balığı ilə müqayisə etmişdir. O əlavə etmişdir ki, "meyvənin dadı nə şirin, nə də ətlidir, lakin kifayət qədər qızardılması onu ət parçasına oxşadır". Kulinariya yazıçıları Endryu Şloss və Devid Yoaxim alınan nəticəni "bir növ file steyki" ilə müqayisə etmişdirlər.
İstinadlar
Xarici keçidlər The Boston Globe resepti
Kateqoriya:Qarpız xörəkləri Kateqoriya:Veqan mətbəxi Kateqoriya:Barbekü