Farer adaları milli futbol komandası (; ) — Farer adalarını futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komanda. Komanda Farer Adaları Futbol Federasiyası tərəfindən idarə olunur.
14 iyun 2019-cu ilə olan məlumata görə Farer adaları millisi FİFA reytinqində 107-ci, 11 oktyabr 2017-ci il məlumatına görə isə UEFA reytinqində 46-cı yerdədir.
Tarixi thumb|Farer adaları milli futbol komandası thumb|Komandanın baş məşqçisi Lars Olsen thumb|Farer adaları — İtaliya oyunu (Farer adaları oyunçuları arxa plandadır)
1990-cı illər Farer adaları millisi ilk oyununu 1930-cu ildə keçirmişdir. Amma komandanın 1988-ci ildən başlayaraq keçirdiyi oyunlar rəsmi oyunlar hesab edilir. Həmin il Farer Adaları Futbol Federasiyası FİFA-ya üzv qəbul olunmuşdur (UEFA-ya isə federasiya 1990-cı ildə üzv qəbul edilmişdir). Farer adalarının faktiki müstəqil dövlət statusuna malik olmamasına baxmayaraq (Danimarkanın tərkibində geniş muxtariyyata malikdir), milli yığmaya beynəlxalq yarışlarda iştirak etməyə icazə verilir. Farer adaları millisinin nailiyyətləri arasında 1989 və 1991-ci illərdə keçirilən Ada Oyunları turnirində iki qələbə var. Bu turnirdə böyük dövlətlərin ada hissələrini təmsil edən millilər çıxış edirlər (məsələn, Cəbəllütariq, Rodos, Şetland adaları).
Amma komandanın triumfu UEFA Avro 1992-nin seçmə mərhələsi çərçivəsində 12 sentyabr 1990-cı ildə oynadığı debüt oyununda Avstriya millisinə 1:0 hesabı ilə qalib gəlməsi hesab olunur. Bu tarixi oyun neytral meydanda — İsveçin Landskruna şəhərinin stadionunda oynanılmışdır. Oyunda yeganə qolu "SUyf Sandavavur" klubunun yarımmüdafiəçisi, əsas işi odun satıcılığı olan Torkil Nilsen vurmuşdur.
FİFA Dünya Kuboku 2002 Farer adaları millisi FİFA Dünya Kuboku 2002-nin seçmə mərhələsində də müəyyən uğurlar qazanmışdır. Seçmə mərhələnin Sloveniya millisinə qarşı keçirdiyi ilk oyununda komanda final fitinə bir neçə dəqiqə qalmış 0:2 uduzmasına baxmayaraq hesabı bərabərləşdirə bilmişdir. Baş məşqçi Allan Simonsen oyunçuların sona qədər mübarizə apardıqlarını və təslim olmadıqlarını bəyan etmişdir. Komanda bu seçmə mərhələnin öz doğma meydanında keçirdiyi digər bir oyununda, bərbad hava şəraitinə baxmayaraq Lüksemburq millisinə qalib gələrək hesabına 3 xal yazdırmışdır. Səfərdə Rusiya millisinə qarşı oynadığı oyunda isə komanda minimal hesabla — 0:1 məğlub olmuşdur. Bu oyunda Rusiya millisinin oyunçularınin vurduqları toplar dörd dəfə qapı dirəyinə dəymişdir.
FİFA Dünya Kuboku 2010 FİFA Dünya Kuboku 2010-un seçmə mərhələsində Farer adaları komandası rəqiblərinə xeyli problem yarada bilmişdir. Nəticədə qrupda 6-cı yer tutmasına və toplamda qapısından 20 top buraxmasına baxmayaraq, komanda Litva millisini 2:1 hesabı ilə məğlub etmiş, Avstriya millisi ilə 1:1 oynamışdır. Hər iki rəqibin Farer adaları ilə oyunda itirdikləri bu xallar onların növbəti mərhələyə çıxma imkanlarını əllərindən almışdır. Məğlub olduğu 8 oyundan 6-da Farer adaları komandası ən çox 2 top buraxmışdır.
UEFA Avro 2012 Farer adaları millisinin UEFA Avro 2012-nin seçmə mərhələsindəki iştirakını da birmənalı qiymətləndirmək mümkün deyil: komanda bir tərəfdən böyük hesablı, amma həm də artıq vərdiş etdiyi məğlubiyyətlərə uğramışdır (İtaliya millisinə 0:5, Sloveniya millisinə 1:5, Serbiya millisinə 0:3 uduzmuşdur). Digər tərəfdən komanda Şimali İrlandiya millisi ilə 1:1 oynayaraq hesabına 1 xal yazdıra bilmişdir. Estoniya millisi ilə Tallində keçirilən oyunda isə Farer adaları millisi 28-ci dəqiqədə hesabı açaraq son dəqiqələrə qədər hesabda irəlidə olsa da, əlavə olunmuş vaxtda Keymar Saaqın vurduğu iki qol estonlara qələbə qazandırmışdır. Amma cavab oyununda Farer adaları millisi 2:0 hesablı qələbə qazanmaqla Tallindəki oyunun revanşını almışlar.
UEFA Avro 2016 UEFA Avro 2016-nın seçmə mərhələsində Farer adaları millisi iki dəfə Yunanıstan millisini məğlub etməklə sensasiyaya imza atmışdır. 14 noyabr 2014-cü ildə Yunanıstanda keçirilən oyunu Farer adaları millisi Yohan Edmundssonun vurduğu qolla 1:0 qazanmışdır.. Nəticə doğrudan da tarixi bir nəticə idi: FİFA reytinqində millilər arasındakı yer fərqi 169 idi, bununla belə yunanlar hər iki oyunu uduzmuşdular. 13 iyun 2015-ci ildə keçirilən oyunda Farer adaları millisi 2:1 hesablı qələbə qazanmış, nəticədə qrupda 5-ci yeri tutmuşdur.
FİFA Dünya Kuboku 2018 Farer adaları yığmasının keçirdiyi ən uğurlu FİFA dünya kuboku seçmə mərhələsi 2018-in seçmə mərhələsi olmuşdur. Bu mərhələdə komanda Latviya və Andorra millilərini qabaqlayıb Portuqaliya, İsveçrə və Macarıstan millilərini özündən önə buraxmaqla ilk dəfə çıxış etdiyi qrupda dördüncü yer tutmuşdur.
Futbol üzrə Avropa və dünya çempionatlarında çıxışı
FİFA Dünya Kuboku 1994, 1998, 2002 , 2006, 2010, 2014, 2018 — təsnifat mərhələsindən keçməmişdir
UEFA Avropa Çempionatı 1992, 1996, 2000, 2004, 2008, 2012, 2016 — təsnifat mərhələsindən keçməmişdir
Məşqçiləri (federasiya FİFA-ya üzv olandan sonra) 1988—1993 — Potl Qudlauqsson 1994—2001 — Allan Simonsen 2002—2005 — Xenrik Larsen 2006—2009 — Yeqvan-Martin Olsen 2009—2011 — Brayan Kerr 2011—h.h. — Lars Olsen
Forması
Ev forması
Səfər forması
Azarkeşlər Ada əhalisinin az olmasına baxmayaraq Farer adaları millisi kifayət qədər güclü azarkeş dəstəyinə malikdir. Millinin öz himni də var: 1990-cı ildə komanda sensasiyaya imza ataraq Avstriya millisinə qalib gələndən sonra Terye Rasmussenin "Hvít sum kavi, blátt sum havi" () mahnısı azarkeşlər arasında məşhurluq qazandı. Bu mahnı faktiki olaraq Farer adaları millisinin fanatlarının və oyunçularının himnidir.1990 il. Farer adaları — Avstriya . Məşhurluğuna görə ikinci yerdə duran mahnı isə Heri Nolsyo və Yoqvan Olsenin birlikdə yazdıqları "Reytt og blátt og hvítt" () mahnısıdırFaroese National Football Team song 1990: "Reytt og Blátt og Hvítt" .
Komandanın hazırkı heyəti Aşağıdakı oyunçular baş məşqçi Lars Olsen tərəfindən 5 sentyabr 2019-cu ildə UEFA Avro 2020 seçmə mərhələsinin F qrupunda İsveç millisinə və 8 sentyabr 2019-cu ildə İspaniya millisinə qarşı keçirilən oyunda komandanın heyətinə daxil edilən oyunçulardır. Oyunlar və qollar haqqında məlumatlar 8 sentyabr 2018-ci ildə yenilənmişdir:
<span style="color:black;">№<span style="color:black;">Mövqe<span style="color:black;">Oyunçu<span style="color:black;">Doğum tarixi / yaşı<span style="color:black;">Oyunlar<span style="color:black;">Qollar<span style="color:black;">Klub
İstinadlar
Xarici keçidlər Farer adaları Futbol Assosiasiyasının rəsmi saytı Lüksemburq millisinin 1988-ci ildən başlayaraq keçirdiyi bütün oyunların icmalı Farer adaları millisinin oyunlarının nəticələri FİFA saytında Farer adaları millisi haqqında məlumat UEFA saytına Farer adaları millisi haqqında məlumat
Həmçinin bax
Kateqoriya:Avropa milli futbol komandaları Kateqoriya:Farer adalarında futbol Kateqoriya:Farer adaları milli idman komandaları Kateqoriya:1988-ci ildə yarananlar